Məhkəmə qərarları › İş №2(007)-4022/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4022/2021

22.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4022/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı Serqeyevnanın nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Serqeyevnanın Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Serqeyevna cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Serqeyevnanın nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı cavabdehlə 29 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Onların birgə nikahlarından iki övladları dünyaya gəlib. Nikaha daxil olduqdan bir müddət sonra ailə münasibətləri pozulub. Buna görə də, ayrıayrı ünvanlarda yaşayırlar. Uşaqlar iddiaçının himayəsindədirlər, lakin cavabdeh uşaqların saxlanılması üçün hər hansı bir köməklik göstərmir. İddiaçının qazancı isə iki uşağın saxlanılmasına yetmir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı Serqeyevnanın xeyrinə tərəflərin birgə nikahından doğulmuş 29 mart 2016-cı il təvəllüdlü X2 və 25 yanvar 2021-ci il təvəllüdlü Quliyeva Emiliya İsmayıl qızının yetkinlik yaşına çatanadık saxlanmasl üçün hər uşağa görə hər ay sabit pul məbləğində 175 manat,cəmi 350 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Serqeyevnanın nümayəndəsi-vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-T seriyalı 035622 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Spiridonova Yelena Serqeyevna arasında nikah 29.04.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış və bu barədə 1244 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Spiridonova Yelena “Quliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 957454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 29 mart 2016-cı il tarixdə X4 doğulmuşdur.Atası Cavabdeh, anası İddiaçı Serqeyevnadır. İş materiallarında olan AZ-İ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 25.01.2021-ci il tarixdə X5 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı Serqeyevnadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 02.09 2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Serqeyevnanın xeyrinə tərəflərin birgə nikahından doğulmuş 29 mart 2016-cı il təvəllüdlü X2 və 25 yanvar 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadık saxlanmasl üçün hər uşağa görə hər ay sabit pul məbləğində 175 manat,cəmi 350 manat aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Serqeyevnanın xeyrinə tərəflərin birgə nikahından doğulmuş 29 mart 2016-cı il təvəllüdlü X2 və 25 yanvar 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadık saxlanması üçün 23 sentyabr 2021-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay sabit pul məbləğində 175 manat,cəmi 350 manat aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar