Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4065/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artrırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,Nizami Rayon Məhkəməsinin 10 mart 2021ci il tarixli 2(007)-1261/2021 saylı qətnaməsinə əsasən onun Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin olunmuş,onunla cavabdeh arasında olan nikahın pozulması,birgə nikahdan doğulmuş 05.01.2010-cu il təvəllüdlü X1 və 15.07.2015-ci il təvəllüdlü X2 onun himayəsində qalması və Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 155 manat,cəmi 310 manat alimentin tutulması qət edilmişdir.Cavabdeh həmin vaxtdan övladlarının saxlanması üçün heç bir maddi kömək göstərmir. 310 manat aliment uşaqların tələbatını tam ödəmir.Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır.Uşaqların bütün qayğılarını və ehtiyaclarını tamamilə o özü ödəyir.Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara heç bir qayğı və diqqət göstərmir.Uşaqların təlimtərbiyyəsi olmaqla yanaşı,həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir.Ona görə də alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Qeyd olunanlara əsaasən Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-1261/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin artırılması, Cavabdeh onun xeyrinə birgə nikahdan doğulmuş 05.01.2010-cu il təvəllüdlü X1 və 15.07.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasaı üçün hər ay hər uşağa görə 200 manat,cəmi 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir.Məhkəməyə göndərdiyi teleqramda onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmiş bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-1261/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması,birgə nikahdan doğulmuş 05.01.2010-cu il təvəllüdlü X1 və 15.07.2015-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində qalması və Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək saxlanmasaı üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 155 manat,cəmi 310 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-1261/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, tərəflərin birgə nikahından doğulmuş 05.01.2010-cu il təvəllüdlü X1 və 15.07.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat,cəmi 350 manat alimentin tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-1261/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahından doğulmuş 05.01.2010-cu il təvəllüdlü X1 və 15.07.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-4065/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4065/2021
10.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver