Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4098/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 27.07.2019 -cu il, 01.09.2019 -cu il və 20.02.2020 -ci il tarixli müqavilələrə əsasən, cavabdehə İMEİ kodu **********64545 olan “Xiaomi Redmi 6 ” markalı telefon, Xiaomo qulaqlıq və saat, X1, İMEİ kodu **********59599 olan “Xiaom Mİ A 3” markalı telefon almış və nəticədə 497 manat borc yaranmışdır. Cavabdeh 27.07.2019 -cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 180 manat İMEİ kodu **********64545 olan “Xiaomi Redmi 6 ” markalı telefon üçün ümumilikdə 33 manat olmaqla ondan 30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 3 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 01.09.2019 -cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 878 manat olan X1, İMEİ kodu **********59599 olan “Xiaom Mİ A 3 markalı telefon üçün ümumilikdə 316 manat olmaqla ondan 288 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 28 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh 20.02.2020 -ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 180 manat olan “Xiaomi” markalı qulaqlıq və saat üçün ümumilikdə 148 manat olmaqla ondan 135 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla 13 manat cərimə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 785 manat təşkil edir. Qeyd olunanlara əsasən, 27.07.2019 -cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64545 olan “Xiaomi Redmi 6 ” markalı telefon üçün 30 manat ödənilməmiş hissə, 3 manat cərimə, 01.09.2019 -cu il tarixli müqaviləyə əsasən, X1, İMEİ kodu **********59599 olan “Xiaom Mİ A 3” markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, 20.02.2020-ci il tarixli müqaviləyə əsasən, “Xiaomi” markalı qulaqlıq və saat üçün 135 manat ödənilməmiş hissə, 13 manat cərimə, ümumilikdə 497 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.07.2019-cu il tarixli 00808979 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********64545 olan “Xiaomi Redmi 6 ” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 27.07.2019 -cu il tarixli 00808979 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 27-dən gec olmayaraq 12 ay müddətinə 15 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 27.07.2019 -cu il tarixli 00808979 nömrəli kredit müqavilə üzrə 30 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 33 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.09.2019 -cu il tarixli 00882293 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə X1, İMEİ kodu **********59599 olan “Xiaom Mİ A 3 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 01.09.2019 -cu il tarixli 00882293 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 01-dən gec olmayaraq 12 ay müddətinə 72 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 01.09.2019 -cu il tarixli 00882293 nömrəli kredit müqavilə üzrə 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 316 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.02.2020-ci il tarixli 20115476 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Xiaomi” markalı qulaqlıq və saat verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 20.02.2020 -ci il tarixli 20115476 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 27-dən gec olmayaraq 12 ay müddətinə 15 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 20.02.2020 -ci il tarixli 20115476 nömrəli kredit müqavilə üzrə 135 manat ödənilməmiş hissə, 13 manat cərimə, cəmi 148manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 22.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 01.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 27.07.2019 -cu il tarixli 00808979 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kod **********64545 olan“Xiaomi Redmi 6 ” markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 27.07.2019 -cu il tarixli 00808979 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 27-dən gec olmayaraq 12 ay müddətinə 15 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 01.09.2019 -cu il tarixli 00882293 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə X1, İMEİ kodu **********59599 olan “Xiaom Mİ A 3 markalı telefon verilmiş, Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 01.09.2019 cu il tarixli 00882293 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında 01-dən gec olmayaraq 12 ay müddətinə 72 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 20.02.2020 -ci il tarixli 20115476 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə, "xxxx" MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə “Xiaomi” markalı qulaqlıq və saat verilmiş, Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 20.02.2020 -ci il tarixli 20115476 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında 27-dən gec olmayaraq 12 ay müddətinə 15 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 27.07.2019 -cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********64545 olan “Xiaomi Redmi 6 ” markalı telefon üçün 30 manat ödənilməmiş hissə, 3 manat cərimə, 20.02.2020 -ci il tarixli müqaviləyə əsasən Xiaomi” markalı qulaqlıq və saat üçün 135 manat ödənilməmiş hissə, 13 manat cərimə, 01.09.2019-cu il tarixli müqaviləyə əsasən,X1, İMEİ kodu **********59599 olan “Xiaom Mİ A 3 markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 28 manat cərimə,ümumilikdə hər üç müqavilə üzrə 497 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-4098/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4098/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver