Məhkəmə qərarları › İş №2(007)-413/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-413/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-413/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması,tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması,tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə iş üzrə cavabdeh olan Cavabdeh arasında bağlanmış 11.11.2015-ci il tarixli İK № 719/1-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 20 (iyirmi) % faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh(ipotekaqoyan) arasında bağlanmış 11.11.2015-ci il tarixli İK № 719/f-l 5 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan JEEP QRAND CHEROKEE, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir.Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA seriyalı135359 saylı çıxarış Banka təqdim edilmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu kredit borcunu vaxtlı-vaxtında ödəməmişdir.Belə ki, Cavabdeh 11.11.2015-ci il tarixli İK 19/f-l5 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etməmiş, 10 iyul 2020-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcundan 9,057.77 ABŞ dolları və faiz borcundan isə 4,057.23 ABŞ dolları ödəniş etmişdir. Hazırda Cavabdeh Banka 9,942.23 ABŞ dolları əsas, 1,889.61 ABŞ dolları faiz, 1,777.17 ABŞ dolları cərimə olmaqla, cəmi 13,609.01 ABŞ dolları ödənilməmiş borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə görə “Borcalan” kredit müqaviləsi üzrə borcunu kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafıkinə əsasən ödəyir. Müqavilənin tələbinə görə "Borcalan” Banka kreditdən istifadəyə görə illik 20% faiz, kreditin və ona hesablanmış faizlərin qaytarılma müddətini pozduğu halda isə 40% faiz cərimə faizi ödəyir.Müqavilənin 3.15-ci bəndinə əsasən “Borcalan” kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə filial verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə və borc tələbini banka girov qoyulmuş avtomobilə yönəldə bilər. Müqavilənin 3.1.2-ci bəndinə görə “Borcalan” kredit üzrə yaranan əsas və faiz borclarını vaxtında ödəməzsə kreditorun borcun dərhal qaytarılmasını (məhkəmə qaydasında) tələb elmək hüququ vardır.Tərəflər arasında bağlanmış 11.112015-ci il tarixli İK 719/-15 saylı ipoteka müqaviləsinin 1,2-ci bəndinə görə “İpotekaqoyan”a veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi bu müqavilə üzrə ipoteka predmeti olan cavabdehə məxsus JEEP QRAND CHEROKEE Ban İC4RJECG3EC241900, buraxılış ili 2013-ci il olan avtomobil ilə təmin edilir. Müqavilənin 2.1,3-cü bəndinə görə “İpoteka qoyan” öz vəzifələrini icra edə bilmədiyi halda “İpoteka saxlayan” ipoteka predmetinin ona verilməsini tələb edə bilər (məhkəmə qaydasında). 2.1.7-ci bəndə görə isə ipoteka qoyulmuş avtomobilin satışından əldə edilən vəsait ipoteka saxlayanın tələblərini tam ödəmədikdə qalan məbləğin “İpoteka qoyanın” digər əmlakları hesabına ödənilməsini tələb edə bilər. Müqavilənin 4.1-ci bəndinə görə “İpoteka qoyan” kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə “İpoteka saxlayan” özünün tələbinin ödənilməsi üçün məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəldə bilər. Müqavilənin 4.2-ci bəndinə görə “İpoteka qoyanın” əsas öhdəliyini, yaxud onun bir hissəsini vaxtında icra etməməsi və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətini ardıcıl olaraq iki dələ pozması ipoteka predmetinə tutmanın yönəldilməsi anı hesab olunur.Qeyd olunanlara əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 11.11.2015-ci il tarixli İK 719/1-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9,942.23 ABŞ dolları əsas, 1,889.61 ABŞ dolları faiz, 1,777.17ABŞ dolları cəriməı olmaqla, cəmi 13,609.01 (on üç min altı yüz doqquz dollar, bir sent) ABŞ dollarının və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması,tutmanın ipoteka qoyulmuş, Cavabdeh məxsus olan JEEP QRAND CHEROKEE,markalı ** SO *** dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-ci il olan avtomobilə yönəldilməsi,həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilən məbləğ hesabına cavabdehin borcununİddiaçı ASC-yə ödənilməsi,ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həqiqətən də kredit götürmüş,və avtomobili ipoteka ilə yüklü etmişdir. Bununla bağlı bank ona qarşı iddia qaldırıb və Bakı Apellyasiya Məhkəməsində işə baxılan ərəfədə Azərbaycan Respublikasının Prezidenti Restruktrizasiya ilə bağlı fərman imzalayıb, buna görə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə fərmanın tətbiqi ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılıb. Bundan sonra o, banka müraciət etmişdir. Onlar bildirmişlər ki, qaydalara uyğun olaraq avtomobil üzərində həbs olduğu halda restruktrizasiya etmək mümkün deyil.Bundan sonra o, Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş,lakin məhkəmə həbsin götürülməsi barədə 8 ay sonra qərar vermişdir.Həbs götürüləndən sonra yenidən banka müraciət etsə də ona bildirmişlər ki, artıq restrukturizasiya müddəti başa çatıb.Onun banka cəmi 16901,79 manat borcu vardır.Həimn borcu bölüb restrukturizasiya etsinlər ona qrafik versinlər, yeni qrafik üzrə borcunu ödəyəcək. İddiaçı "İddiaçı" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 11.11.2015-ci il tarixli İK № 719/1-15 saylı kredit müqaviləsindən görünür ki,bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 20 (iyirmi) % faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh(ipotekaqoyan) arasında bağlanmış 11.11.2015-ci il tarixli İK № 719/f-l 5 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan JEEP QRAND CHEROKEE, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-ci il olan avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 11.11.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialından 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit almışdır. 11.11.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 11-dən gec olmayaraq 24 ay müddətinə hər ay 650.35-ABŞ dollarından 951.17 ABŞ dollarına qədər aylıq ödəniş etməlidir. 135359 saylı çıxarışdan görünür ki, JEEP QRAND CHEROKEE,markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində yüklülük 11 noyabr 2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. Ödəniş tapşırığından görünür ki, bank tərəfindən məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir . Pretenziya məktubundan görünür ki, borclu Cavabdeh banka borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən olunan qaydada kredit və ipoteka müqavilələri bağlanmışdır. İddiaçı kredit müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, o isə öz öhdəliklərini tam və layiqincə icra etməmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının hazırkı mübahisəyə şamil olunub,olunmaması,şamil olunduğu təqdirdə cavabdehin hal-hazırda nə qədər ödənilməmiş borcu qalması və həmin borcun hansı qrafik əsasında ödənilməli olması barədə mütəxəssis rəyi alınması üçün 12.11.2020-ci il tarixli qərardad qəbul olunmuş və rəyin verilməsi Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı Cavabdeh ünvanlandığı 14 dekabr 2020ci il tarixli məktubla fərmanın tətbiqi ilə əlaqədar güzəştli kreditlərin bağlanması müddətinin 2019-cu ilin 31 dekabrında başa çatdığını bildirmişdir. Problemli kreditlərin kompensasiyası haqqında portal çıxarışından görünür ki, tərəflər arasında bağlanmış və hazırkı mübahisənin predmeti olan kredit müqaviləsinə fərmanın müddəaları şamil olunduqdan sonra qalıq borc 16901,79 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,borcun tələb olunması hissəsində iddia qismən,yəni 16901,79 manat təmin olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16901,79 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumu tutulmalı,tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan JEEP QRAND CHEROKEE,markalı ** SO *** dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-ci il olan avtomobilə yönəldilməli,həmin avtomobil açıq hərracda satılmalı və onun satışından əldə edilən məbləğ hesabına cavabdehinİddiaçı ASC-nə olan borcu ödənilməlidir.İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi tələbinə qiymət verərkən məhkəmə hesab edir ki,həmin hissədə iddia təmin oluna bilməz.Belə ki,iddiaçı qeyd olunan ənlakların nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9942.23 ABŞ dolları (16901,79 manat) borc və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumu tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan JEEP QRAND CHEROKEE,markalı ** SO *** dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U,buraxılış ili 2013-ci il olan avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın və onun satışından əldə edilən məbləğ hesabına cavabdehinİddiaçı ASC-nə olan borcu ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver