Məhkəmə qərarları › İş №2(007)-4155/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4155/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4155/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddianın məhkəməyə çıxarılması məsələsinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-ə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 01 dekabr 2021-ci il tarixli iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək Cavabdeh MMC-nin hüquqi ünvanının Nərimanov rayonu Əhməd Rəcəbli küşəci ev 1 mənzil 6 olması ilə əlaqədar işin ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X3 işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, işin ərazi aidiyyəti üzrə baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki,iş materiallarında olan mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanının ünvan 2-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı müqavilənin ləğvi və pul tələbinə dair 2(007)- 4155/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar