Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4231/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Kreditor Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu müqavilə üzrə 410 manat qalıq borc məbləği, 105 manat cərimə olmaqla, cəmi 515 manat məbləğində borcun, həmçinin ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək, tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Hazırki ərizəni və iş materiallarını araşdırarkən müəyyən etdim ki, kreditorun tələbi mübahisəli olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş 24 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun kreditor qarşısında 410 manat əsas və 105 manat cərimə, cəmi 515 manat məbləğində borcu yaranmışdır. Lakin borclunun 410 manat əsas borca nisbətdə məhz 105 manat məbləğində cərimə borcunun yaranması aşkar deyil və bunun müəyyən edilməsi üçün araşdırma aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Hesab edirəm ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının MPM-nin 279cu maddəsinin müddəalarına əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4231/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4231/2021
08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver