Məhkəmə qərarları › İş №2(007)-4342/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4342/2021

15.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4342/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri,Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Xasay oğlu Mirzəyev Kreditor MMC-nin borclu X3 oğluna qarşı əmr icraatı qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Kreditor MMC borclu X1 qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edirəm ki,aşağıda göstərilənlərlə əlaqədar iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş 8.2.-ci maddəsinə əsasən əmr icraatı qaydasında məhkəməyə ərizə verilərkən 100 manat dövlət rüsumu ödənilməlidir. İşə əlavə olunmuş ödəniş qəbzindən görünür ki,kreditor cəmi 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin borclu X2rşı əmr icraatı qaydasında ərizəsi geri qaytarılsın.Kreditora izah edilsin ki,əlavə olaraq 80 manat dövlət rüsumu ödədikdən sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar