Məhkəmə qərarları › İş №2(007)-4518/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4518/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4518/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 23.06.2020-ci il, 15.07.2020-ci il və 14.07.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********23636 olan Samsung Galaxy A10 markalı telefon, Asus Notebook , LG musiqi mərkəzi almış və nəticədə 2445 manat borc yaranmışdır. Cavabdeh 23.06.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 343.2 manat (yəni 12 ay x 28.6 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********23636 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 281 manat olmaqla ondan 255.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.8 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 15.07.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1643 manat (yəni 24 ay x 66 manat + 59 manat ilkin ödəniş) olan Asus Notebook üçün ümumilikdə 1669 manat olmaqla ondan 1518 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 151 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 14.07.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 492 manat (yəni 24 ay x 20.5 manat + 0 manat ilkin ödəniş), LG musiqi mərkəzi üçün ümumilikdə 495 manat olmaqla ondan 450 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 255 manat təşkil edir. Qeyd olunanlara əsasən 23.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********23636 olan Samsung Galaxy A10 markalı telefon üçün 255.2 manat ödənilməmiş hissə, 25.8 manat cərimə, 15.07.2020-ci il tarixli müqavilə üzrə Asus Notebook üçün 1518 manat ödənilməmiş hissə, 151 manat cərimə, 14.07.2020-ci il tarixli müqavilə üzrə LG musiqi mərkəzi üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə, ümumilikdə 2445 manat borc və 44.45 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.06.2020-ci il tarixli 20367408 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə, İMEİ kodu **********23636 olan Samsung Galaxy A10 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 23.06.2020-ci il tarixli 20367408 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 25-dən gec olmayaraq 12 ay müddətinə 28.6 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 20.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23.06.2020-ci il tarixli 20367408 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 255.2 manat ödənilməmiş hissə, 25.8 manat cərimə, cəmi 281 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.07.2020-ci il tarixli 21023098 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Asus Notebook verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 15.07.2020-ci il tarixli 21023098 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 28-dən gec olmayaraq 24 ay müddətinə 66 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 20.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 15.07.2020-ci il tarixli 21023098 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1518 manat ödənilməmiş hissə, 151 manat cərimə, cəmi 1669 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.07.2020-ci il tarixli 21022070 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə LG musiqi mərkəzi verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 14.07.2020-ci il tarixli 21022070 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 25-dən gec olmayaraq 24 ay müddətinə 20.5 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 20.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14.07.2020-ci il tarixli 21022070 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 450 manat ödənilməmiş hissə, 45 manat cərimə, cəmi 495 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh ünvanlanmış 17.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23.06.2020-ci il, 15.07.2020-ci il və 14.07.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********23636 olan Samsung Galaxy A10 markalı telefon, Asus Notebook, LG musiqi mərkəzi almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 21.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 44.45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 23.06.2020-ci il tarixli 20367408 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********23636 olan Samsung Galaxy A10 markalı telefon verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 23.06.2020-ci il tarixli 20367408 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 25-dən gec olmayaraq 12 ay müddətinə 28.6 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 15.07.2020-ci il tarixli 21023098 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Asus Notebook verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 15.07.2020-ci il tarixli 21023098 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 28-dən gec olmayaraq 24 ay müddətinə 66 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 14.07.2020-ci il tarixli 21022070 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG musiqi mərkəzi verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 14.07.2020-ci il tarixli 21022070 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 25-dən gec olmayaraq 24 ay müddətinə 20.5 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 23.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********23636 olan Samsung Galaxy A10 markalı telefon üçün 255.2 manat ödənilməmiş hissə, 25.8 manat cərimə, 14.07.2020-ci il tarixli müqavilə üzrə Asus Notebook üçün 1518 manat ödənilməmiş hissə, 151 manat cərimə, 14.07.2020-ci il tarixli müqavilə üzrə LG musiqi mərkəzi üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə ümumilikdə 2445 manat borc və 44.45 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar