Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-453/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı, azyaşlı uşaqları 21 dekabr 2016-cı il təvəllüdlü X5, 11 yanvar 2019-cu il təvəllüdlü X1 Cavabdeh Oklay oğlunun xüsusi mülkiyyətində olan, onun da qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilinə istifadə hüququ tanınmaqla, köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 yanvar 2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş, onların birgə nikahlarından 21 dekabr 2016-cı ildə X5 11 yanvar 2019-cu ildə X6 adlı iki nəfər uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzili əri X2 xüsusi mülkiyyətindədir. O, gəlin kimi, cavabdehə həyat yoldaşı, arvadı kimi mübahisəli mənzil olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilinə köçmüş, cehiz əşyaları da həmin ünvandadır. Cehiz əşyalarının bir hissəsi cavabdehin anasının Binə qəsəbəsində olan fərdi yaşayış evindədir. Nikahları təxminən üç ili ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibələri pozulmağa başladı. Münasibətlərinin pozulmasına əsas səbəb xasiyyətlərinin uyğun olmamasıdır. O, bir ildən artıqdır ki, atası evində yaşayır, ikinci övladı Dəniz o, ata evində olanda dünyaya gəlmişdir. Cavabdeh uşaqlara və ona baxmadığı üçün o, məhkəməyə nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1484/2020 saylı 28 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olundu. Hazırda onun iki uşaqla birlikdə yaşamağa yeri yoxdur, atası evində nə qədər yaşamalıdır. Cavabdehdən uşaq üç yaşına çatana kimi saxlanılması üçün 50 manat aliment tutulub ona verilməsi təmin olunmuşdur. Mübahisəli, əri Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 55/57 saylı evin 51 saylı mənzilində qeydiyyatdadır, yaşamaq hüququ vardır. Həmin mənzildə də birgə nikahdan doğulmuş uşaqları ilə birlikdə yaşamalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. həmçinin o bildirmişdir ki, iddiaçı hazırda Mingəçevirdə ata evində iki övladı ilə çox ağır həyat şəraitində yaşayır. İddiaçının əmlakları da mübahisəli mənzildədir. Cavabdeh uşaqlara görə müəyyən edilmiş alimenti də ödəmir. Hazırda iddiaçının özünə başqa yaşayış yeri əldə etməyə maddi imkanı çatmır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 25 iyun 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X5 və X6 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilində qeydiyyatdadırlar. - Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh illə X4 12 yanvar 2016cı il tarixdə 10 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. - AZ-İİİ 886429 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 21 dekabr 2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. - AZ-İV 238294 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11 yanvar 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhər Vəkil Bürosuna göndərilmiş 26 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzili Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə 02.03.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(007)-1484/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 12 yanvar 2016-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmiş nikahın pozulması, 21 dekabr 2016cı il təvəllüdlü X5 və 11 yanvar 2019-cu il təvəllüdlü X6 yeitkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanılmaları, 21 dekabr 2016-cı il təvəllüdlü X3 və 11 yanvar 2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 10 mart 2020-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməsi, 11 yanvar 2019-cu il təvəllüdlü X6 üç yaşına çatanadək 10 mart 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 50 (əlli) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri Cavabdeh aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumu ondan alınaran dövlət büdcəsinə keçirilsin, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş və Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilinə köçməklə həmin evdə qeydiyyata düşmüşdür. Tərəflərin birgə nikahından 21 dekabr 2016-cı il tarixdə Oktay, 11 yanvar 2019-cu il tarixdə Dəniz adlı övladları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(007)-1484/2020 nömrəli qətnaməsi ilə, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahında doğulan 21 dekabr 2016-cı il təvəllüdlü X5 və 11 yanvar 2019-cu il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmışdır. Hazırda İddiaçı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2016-cı il tarixdən etibarən yarandığından hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, lakin İddiaçı Cavabdeh ilə nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından İddiaçı həmin evdən istifadə hüququ saxlanmır. Lakin yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyəti, övladlarının onun himayəsində olması, başqa daimi yaşayış yeri olmaması nəzərə alınmaqla İddiaçı azyaşlı övladları ilə birlikdə mübahisəli mənizlə qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 (üç) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı, azyaşlı uşaqları 21 dekabr 2016-cı il təvəllüdlü X5 və 11 yanvar 2019-cu il təvəllüldü X6 ilə birlikdə Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55/57 saylı evin 51 saylı mənzilinə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 (üç) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı, azyaşlı uşaqları 21 dekabr 2016-cı il təvəllüdlü X5 və 11 yanvar 2019-cu il təvəllüldü X6 ilə birlikdə Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55/57 saylı evin 51 saylı mənzilinə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 (üç) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-453/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-453/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver