Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-475/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21154” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2607 (iki min altı yüz yeddi) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X8 tərəfindən AE 806144 nömrəli şəhadətnamə ilə 16.10.2016-cı il tarixdən 25.10.2017- ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 03 noyabr 2016-cı il tarixdə saat 24 radələrində orta dərəcəli sərxoş halında etibarnamə ilə idarə etdiyi “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat dairəsi istiqamətindən Sabınçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu ilə Məmmədyarov dairəsi istiqamətində yolun soldan birinci hərəkət zolağı ilə hərəkətdə olarkən yolun “Kamal” marketinin qarşısından keçən hissəsində ara məsafəsini seçmə qaydalarının tələblərini pozmaqla qarşısında işıqforun qırmızı işığında dayanmış X3 idarə etdiyi “VAZ 2154” markalı **-NZ-*** dövlət qeydiyya nişanlı avtomobilin arxasından vuraraq həmin avtomobilin sağ tərəfində işıqforun qırmızı işığında dayanmış X1 idarə etdiyi “Daevoo-Centra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə dəyərək, onlara maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Sabunçu RPİ-nin TŞ-də araşdırma aparılmışdır. Araşdırma nəticəsində cavabdehin avtomobili orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş, lakin tərəflər barışdığına görə 14 noyabr 2016-cı il tarixli Qərarla cinayət işinin başlanmasından imtina olunmuşdur. Fərdi sahibkar X10 tərəfindən ‘‘VAZ 21154” markalı, **-NZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, görüləcək işlər, alınacaq hissələrdə daxil olmaqla avtomobilə dəymiş ziyan 2607 manat məbləği idə təşkil edir. "xxxx" ASC həmin məbləği avtomobilin sahibinə ödəmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş AB 906854 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İşə əlavə olunmuş elektron informasiya sistemindən çıxarışın surətindən görünür ki, X9 ona məxsus olan “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. İşə əlavə olunmuş AB 676210 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21154” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4r. İşə əlavə olunmuş 14 noyabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 03 noyabr 2016-cı il tarixdə saat 24 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Cümə” məsçidinin yaxınlığında fərdi evdə yaşayan Cavabdeh orta dərəcəli sərxoş halında etibarnamə ilə idarə etdiyi “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat dairəsi istiqamətindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu ilə Məmmədyarov dairəsi istiqamətində 60km/saat sürətlə yolun soldan birinci hərəkət zolağı ilə hərəkətdə olarkən yolun "Kanal” marketinin qarşısından keçən hissəsində ara məsafəsini seçmə qaydalarının tələblərini pozmaqla qarşısında sfetaforun qırmızı işığında dayanmış X3 idarə etdiyi “Vaz-21 154” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından vuraraq həmin avtomobilin sağ tərəfində sfetoforun qırmızı işığında dayanmış X2 idarə etdiyi “Daevoo- Gentra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə dəyərək onlara maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 30 dekabr 2016-cı il tarixli sığorta aktından görünür ki, 04 noyabr 2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21154” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2607 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. İşə əlavə olunmuş 02 avqust 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, işə əlavə olunmuş 14 noyabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 03 noyabr 2016-cı il tarixdə saat 24 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Cümə” məsçidinin yaxınlığında fərdi evdə yaşayan Cavabdeh orta dərəcəli sərxoş halında etibarnamə ilə idarə etdiyi “Hundai Elantra” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat dairəsi istiqamətindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu ilə Məmmədyarov dairəsi istiqamətində 60km/saat sürətlə yolun soldan birinci hərəkət zolağı ilə hərəkətdə olarkən yolun "Kanal” marketinin qarşısından keçən hissəsində ara məsafəsini seçmə qaydalarının tələblərini pozmaqla qarşısında sfetaforun qırmızı işığında dayanmış X3 idarə etdiyi “Vaz- 21 154” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından vuraraq həmin avtomobilin sağ tərəfində sfetoforun qırmızı işığında dayanmış X2 idarə etdiyi “Daevoo- Gentra” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə dəyərək onlara maddi ziyan vurmuşdur. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2607 manat sığorta ödənişinin və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ 21154” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 2607 (iki min altı yüz yeddi) manat sığorta ödənişinin və ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-475/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-475/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver