Məhkəmə qərarları › İş №2(007)-488/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-488/2021

07.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-488/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X3 Qurbanovun katibliyi Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi övladı İsgəndərova Ruqiyyə Həsən qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, qızım Ruqiyyə 05.10.1989cu ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olub, hal-hazırda onunla birlikdə yaşayır.Uşaq doğulduğu vaxtdan xəstəliyə görə İ-ci qrup əlildir.Uşaq özünü idarə edə bilmir. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.Qeyd olunanlara əsasən 05.10.1989-cu il tarixdə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş İsgəndərova Ruqiyyə Həsən qızının fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsin nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi.İzahat verərək göstərdi ki,iş materialları ilə və ekspertin rəyi ilə tanış olmuşdur. Hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar var. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Qubatlı rayonunda anadan olmuşdur. 88 saylı MİS-dən verilmiş arayışdan görünür ki,Ərizəçi hal-hazırda Nizami rayonunun ərazisində, ünvan 1 ünvanında yaşayır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05.10.1989-cu ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olan İsgəndərova Ruqiyyə Həsən qızının atası Ərizəçidur. Tibbi-Sosial Ekspert Komissiyasının 12.032018-ci il tarixli sonuncu müayinəsindən görünür ki 05.10.1989-cu il təvəllüdlü İsgəndərova Ruqiyyə Həsən qızı müddətsiz 1-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 05.04.2021 -ci il tarixli 2956 nömrəli ekspert rəyindən görünür ki, İsgəndərova Ruqiyyə Həsən qızı hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İsgəndərova Ruqiyyə Həsən qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05.10.1989-cu il tarixdə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş İsgəndərova Ruqiyyə Həsən qızı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.10.1989-cu il tarixdə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş İsgəndərova Ruqiyyə Həsən qızı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar