Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-528/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı mənzilin qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı mənzilin qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə birgə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişi olduğunu bildirmiş və barışıq sazişinin təsdiq olunaraq, işin icraatına xitam verilməsini xahiş etmişlər. Barışıq sazişi ilə aşağıdakı şərtlər daxilində razılıq əldə olunmuşdur:
1. Cavabdeh “xxxx” MMC 31 dekabr 2021 -ci il tarixə qədər qədər Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439 - cu məhəllədə “xxxx” MMC tərəfindən inşa edilən 5 saylı yaşayış binasının 3-cü mərtəbəsində 63 kv. metr sahəsi olan təmirsiz mənzili yaşayış binası istismara hazır vəziyyətdə (istismara hazır vəziyyət dedikdə - binanın lifti, işıq və su sistemi tam işlək olmalı, iddiaçıya təhvil veriləcək mənzilin giriş qapısı və pəncərələri quraşdırılmalıdır) iddiaçıya təhvil verir. 2.Yuxarıda sözügedən mənzil bu sazişdə şərtləşdirilmiş müddət ərzində iddiaçıya təhvil verilməzsə, cavabdeh həmin mənzilin əvəzinə iddiaçıya 90.000 (doxsan min) manat pul ödəməyi öhdəsinə götürür. 3.Bu sazişi imzalamaqla, tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarmı təsdiq edirlər. 4.Bu barışıq sazişinin təsdiq edilməsi ilə Tərəflərin hazırkı mülki iş üzrə (mübahisəsi) gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. 5.Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. Məhkəmə iclasında iddiaçı və cavabdeh ayrı-ayrılıqda barışıq sazişinin şərtləri ilə razı olduqlarını, sazişi öz iradələrinə uyğun olaraq imzaladıqlarını bildirdilər və təsdiq olunmasını, eləcə də iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilər. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı mənzilin qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli aşağıdakı şərtlərlə olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh “xxxx” MMC 31 dekabr 2021 -ci il tarixə qədər qədər Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439 - cu məhəllədə “xxxx” MMC tərəfindən inşa edilən 5 saylı yaşayış binasının 3-cü mərtəbəsində 63 kv. metr sahəsi olan təmirsiz mənzili yaşayış binası istismara hazır vəziyyətdə (istismara hazır vəziyyət dedikdə - binanın lifti, işıq və su sistemi tam işlək olmalı, iddiaçıya təhvil veriləcək mənzilin giriş qapısı və pəncərələri quraşdırılmalıdır) iddiaçıya təhvil verir. 2.Yuxarıda sözügedən mənzil bu sazişdə şərtləşdirilmiş müddət ərzində iddiaçıya təhvil verilməzsə, cavabdeh həmin mənzilin əvəzinə iddiaçıya 90.000 (doxsan min) manat pul ödəməyi öhdəsinə götürür. 3.Bu sazişi imzalamaqla, tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarmı təsdiq edirlər. 4.Bu barışıq sazişinin təsdiq edilməsi ilə Tərəflərin hazırkı mülki iş üzrə (mübahisəsi) gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. 5.Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı mənzilin qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev