Məhkəmə qərarları › İş №2(007)-560/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-560/2021

05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-560/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi Məhkəmə iclas katibi Qurbanov Ramil Firudin oğlunun katibliyi Cavabdeh Əmı̇ raslanov Tahı̇ r İ̇drı̇ s oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, Aşurbəylı̇ Fərhad İ̇skəndər oğlunun cavabdeh Əmı̇ raslanov ̇ Tahı̇ r İdrı̇ s oğluna qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Aşurbəylı̇ Fərhad İ̇skəndər oğlu cavabdeh Əmı̇ raslanov Tahı̇ r İ̇drı̇ s oğluna qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar 03.03.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh Əmı̇ raslanov Tahı̇ r İ̇drı̇ s oğlu iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1, Aşurbəylı̇ Fərhad İ̇skəndər oğlunun cavabdeh Əmı̇ raslanov Tahı̇ r İ̇drı̇ s oğluna qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar