Məhkəmə qərarları › İş №2(007)-576/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-576/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-576/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni xx.xx.1960-cı ildə Ermənistan SSR Yexeqnadzor rayonu Ələyəz kəndində anadan olmuş Ərizəçi Ermənistan SSR Yexeqnadzor rayonu Ələyəz kənd Sovetliyində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X2, ana qrafasında isə X12 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Ermənistan SSR Yexeqnadzor rayonu Ələyəz kəndində anadan olnuş və onun doğumu Ermənistan SSR Yexeqnadzor rayonu Ələyəz kənd Sovetliyində qeydə alınmışdır. Bunu təsdiq edən şəxsiyyətini təsdiq edən digər sənədləri vardır. X1 02 may 2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Anası isə X12 01.01.1932-ci ildə Ermənistan SSR Yexeqnadzor rayonunda anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla burada yaşayır. Məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycan Respublikasına gəlmiş, şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi onun doğumu Ermənistan Respublikasında qeydə alındığından Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, onun xx.xx.1960-cı ildə Ermənistan SSR Yexeqnadzor rayonu Ələyəz kəndində anadan olmuş Ərizəçi Ermənistan SSR Yexeqnadzor rayonu Ələyəz kənd Sovetliyində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X3, ana qrafasında isə X12 qeyd edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, onun 2 qızı və 8 oğlu var. Oğlu Ərizəçi yay fəslində anadan olmuşdur. Mərhum yoldaşının adı Məhəmməddir. 20-30 il olar ki, Bakı şəhərinə köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi ilə bir kənddə yaşamışlar. Uşaqlıqdan ərizəçini tanıyır. Ərizəçinin anasının adı Şöhlə, atasının isə Məhəmməddir. Ərizəçigil 8 qardaş, 2 bacıdırlar və ərizəçinin həyat yoldaşının adi Sabirədir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçi ilə bir kənddə yaşamışlar. 19 yaşından ərizəçini tanıyır. Ərizəçinin anasının adı Şöhlə, atasının isə Məhəmməddir. Ərizəçigil 8 qardaş, 2 bacıdırlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BAKİ-NİZAMİ RPİ tərəfindən 14.10.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Ələyəz kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. - BAKİ-NİZAMİ RPİ tərəfindən 12.12.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 04814972 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01.01.1932-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. - 27 avqust 1950-ci il tаriхdə vеrilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 оğlu ilə X10 аrаsındа 1950-ci ilin avqust ayında nikah bağlanmışdır. - Yexeqnadzor rayonu Ələzər kənd soveti tərəfindən 14 noyabr 1981-ci il tаriхdə vеrilmiş İ-CЛ № 447459 saylı nikah haqqında şəhаdətnаmə görünür ki, Ərizəçi ilə X14 аrаsındа 21 sentyabr 1981-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 noyabr 1981-ci il tarixdə 15 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gülməmmədov, arvada isə Gülməmmədova soyadı verilmişdir. - 08 may 1970-ci il tаriхdə vеrilmiş İ-ЗЖ № 083131 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 13 aprel 1970ci il tаriхdə Ermənistan SSR-in Yexeqnadzor rayonunun Ələyəz kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1970-ci ildə 55 № ilə qeyd edilmişdir. Atası X8 оğlu, anası X7r. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2015-ci il tarixdə verilmiş AZ-İ № 739792 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 02 may 2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 may 2008-ci il tarixdə 360 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 26.10.2020-ci il tarixli, 018-10907-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi ünvan 4 ünvanı üzrə Nizami rayon Polis İdarəsi tərəfindən ilk dəfə 07.08.2002-ci il tarixdə AZE-00505969 nömrəli və 50 yaşına çatması ilə əlaqədar 15.10.2010-cu il tarixdə isə AZE-0******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Ərizəçi 15.10.2010-cu il tarixdə verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsinin uçot kartoçkasının surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Ələyəz kəndində anadan olmuşdur. ünvan 6 ünvanında qeydiyyatdadır. Atası X8 оğlu, anası X6r. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 26.10.2020 il tarixli 087-26995 nömrəli məktubunda qeyd olunan Ərizəçi məxsus fərdi üçot kartoşkasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Ələyəz kəndində anadan olmuşdur. ünvan 6 ünvanında qeydiyyatdadır. Atası X8 оğlu, anası X6r. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin 15.09.2020-ci il tarixli, 05Q-1093/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilniş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a əsasən ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Eyni zamanda qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müvafiq sənədlər şöbəyə təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 26.10.2020-ci il tarixli 05/2-6493/13 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 22.10.2020-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxx 1960-cı il tarixdə Ermənistan Respublikasında Yexeqnadzor rayonunun Ələyəz kəndində anadan olmuşdur, X1, anası X7r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum haqqında akt qeydində dəyişikliyi əsaslı edəcək sənədləri təqdim etmədiyi üçün məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1960-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Ələyəz kəndində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X2, ana adı qrafasında X10 göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1960-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunun Ələyəz kəndində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X2, ana adı qrafasında X10 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar