Məhkəmə qərarları › İş №2(007)-608/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-608/2021

22.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-608/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "X1" Firmasına qarşı əmək haqqı tələbi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1" Firmasına qarşı əmək haqqı tələbi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh "X2" Firmasından heç bir şikayəti, tələbi olmadığından ərizəsinin araşdırılmasına xitam verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh "X1" Firmasına qarşı əmək haqqı tələbi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar