Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-628/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Ərizəçi Məmmədova Xalidə Abbas qızının, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Məmmədova Xalidə Abbas qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Məmmədova Xalidə Abbas qızı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, 18 aprel 1972-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur vəhal-hazıradək nikahdadırlar.X1 beyindaxili mədəcikdaxili qansızma nəticəsində ömürlük 1-ci qrup əlil olmuşdur,həm əqli cəhətdən,həm də fiziki cəhətdən ağır vəziyyətdədir.Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyac var.O, özü-özünü müstəqil idarə edə bilmir,etdiyi hərəkətlərin mənasını dərk etmir.Qeyd olunanlara əsasən 13.05.1943-cü ildə Şamaxı rayonunda anadan olmuş Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvandakı 33 saylı mənzildə yaşayan X2 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına etirazı etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Xalidə Abbas qızı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvandakı 33 saylı mənzildə yaşayır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvandakı 33 saylı mənzildə yaşayır. Nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Məmmədova Xalidə Abbas qızı arsında 18.04.1972-ci ildə rəsmi nikah bağlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin 05.03.2021-ci il tarixli 497 nömrəli ekspert rəyindən görünür ki, X3 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13.05.1943-cü ildə Şamaxı rayonunda anadan olmuş Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvandakı 33 saylı mənzildə yaşayan X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.05.1943-cü ildə Şamaxı rayonunda anadan olmuş Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvandakı 33 saylı mənzildə yaşayan X3 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-628/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-628/2021
28.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver