Məhkəmə qərarları › İş №2(007)-63/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-63/2022

19.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-63/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçılar Vojjov Anatolı̇ y Qrı̇ qoryeviç və Əlı̇ yeva Yelena Anatolyevnanın, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4rşı “payların naturada bölgüsü və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4rşı “payların naturada bölgüsü və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilin paylı mülkiyyət üzrə onlara, İddiaçı1 və İddiaçı2 məxsus 1/3 hissənin naturada bölünərək, cavabdeh olan paylı mülkiyyətçidən ayrılması və onlara həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakl şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən 11.06.2019-cu il tarixdə 2V-80 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09.06.2008-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh Yevqenyevnadan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilin paylı mülkiyyət üzrə 1/3 hissəsi onun, digər 1/3 hissəsi isə qızı İddiaçı2 xüsusi mülkiyyətindədir. Həmən mənzilə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 16.07.2019-cu il tarixdə **********38-05101-093100 reyestr nömrəli çıxarış verilmişdir. Mübahisəli olan mənzildə digər paylı mülkiyyətçi X6. Lakin mərhum Cavabdeh Yevqenyevnanın hüquqi varisi kimi X7 1/3 hissədə payı açıq qalır. Hazırda paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi zərurəti vardır, belə ki, onlar xüsusi paylı mülkiyyətlərində olan mənzilin sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mülkiyyətlərinin istifadəsində maneələr yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bundan başqa cavabdeh tərəfindən onlar həmin mənzildən qovulmuşlar. Mənzilə daxil ola bilmirlər. Həmin mənzildə hətta onlara məxsus əşyalarda vardır. Dəfələrlə tərəflərindən danışıqlar aparılsa da, lakin heç bir nəticəyə gələ bilmirlər. Cavabdeh halhazıradək onları həmin mənzilə buraxmır və mənzil daxilində onlara məxsus əşyaların talehi naməlumdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, oğlu və gəlini onu mənzilə buraxmır, orada yaşamasına icazə vermirlər. Məhkəmə iclasında iddiaçı Əlı̇ yeva Yelena Anatolyevna iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, orada yaşamaq mümkün deyil, atasının onlarda qalmasına, ona baxmağa imkanı yoxdur. Atası onlarla yaşamaq istəmir. Gəlini ona baxmır, qardaşı Yuri atası ilə yola getmir. O həmçinin cavabdehlə aralarında razılıq olmasa gələcəkdə evi satıb 3 yerə bölünməsini və öz paylarını istədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X10 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X10 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Mübahisəli mənzilə İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 16.07.2019-cu il tarixdə **********38-05101-093100 reyestr nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 93, 95 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Əlı̇ yeva Yelena Anatolyevnanın adına olan 1/3 hissə açıq qalmış və hər birinin 1/3 hissədə payı olmaqla İddiaçı1 və Cavabdeh Yevqenyevnanın payları müəyyən olunmuşdur. 11.06.2019-cu il tarixdə 2V-80 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09.06.2008-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh Yevqenyevnadan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzildə Cavabdeh Yevqenyevnanın vərəsəsi əri İddiaçı1 və həmin mənzildə qeydiyyatda olan qızı Əlı̇ yeva Yelena Anatolyevna olduğu, onların hər birinin miras əmlakdan 1/3 hissədə irs almalı olduğu, miras əmlakın 1/3 hissəsi isə açıq saxlanıldığı müəyyən edilmişdir. Məhkəmə qərardadına əsasən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.03.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilin tərəflər (payçılar) arasında naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2.,2.4., 2.,9. bəndlərinin və Məhkəmə Tikinti–X3 Metodlarının tələblərini müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh Yevqenyevnanın hüquqi varisi X10 mübahisəli Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilində yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmiş, mübahisəli mənzilin 1/3 hissəsi İddiaçı1 və Əlı̇ yeva Yelena Anatolyevnanın mülkiyyətində olmasına baxmayaraq həmin mənzildən iddiaçıların mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. Məhkəmə, payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilin tərəflər (payçılar) arasında naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2.,2.4., 2.,9. bəndlərinin və Məhkəmə Tikinti–X3 Metodlarının tələblərini müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilinin naturada bölünməsi mümkün olmadığından iddia tələbi “İddiaçı1 və İddiaçı2 məxsus 1/3 hissənin naturada bölünərək, cavabdeh olan paylı mülkiyyətçidən ayrılması” hissəsində təmin edilməməlidir. Məhkəmə eyni zamanda bildirir ki, iddiaçılar İddiaçı1 və Əlı̇ yeva Yelena Anatolyevna Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilin mülkiyyətçiləri olduqlarından mənzilə köçürülmələrini tələb etməkdə haqlı olmuşlar və iddia tələbi bu hissədə əsaslı olduğundan məhkəmə hesab edir ki, iddiaçılar Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı evdə yerləşən 95 saylı mənzilinə köçürülməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Vojjov Anatolı̇ y Qrı̇ qoryeviç və Əlı̇ yeva Yelena Anatolyevna Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 93 saylı evin 95 saylı mənzilinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri qismində İddiaçı1 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vojjov Anatolı̇ y Qrı̇ qoryeviç və Əlı̇ yeva Yelena Anatolyevna Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 93 saylı evin 95 saylı mənzilinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar