Məhkəmə qərarları › İş №2(007)-76/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-76/2021

25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-76/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun vəkili X9 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8368 nömrəli və xx.xx.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələrinin, xx.xx.2015-c il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərkitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 6, 33 saylı mənzildə yaşayır, mənzilin xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Ona məxsus mənzil 1-ci mərtəbədə, cavabdehlərin də mənzili eyni zamanda 1-ci mərtəbədə yerləşir. Cavabdehlər özbaşına, icazəsiz, binanın zirzəmisini zəbt edərək ora mülkiyyət hüququ əldə etmiş, heç bir tikinti normasına cavab verməyən artırma inşa etmişlər. Zirzəmini alt hissəsini qazımış, ordan torpaq çıxardaraq daşımış, zirzəminin alt hissəsini təxminən 3 metr hündürlükdə dərinliyə qazıyaraq özbaşına artımlar etmişlər. Həmin tikinti əsasında binanın təməlinə dərin izlər qoyaraq maddi ziyan vurur, ümumi təhlükə yaradır və binanın qəzalı şəraitə gətirmişlər. Cavabdehlər tərəfindən aparılmış qeyri qanuni tikinti əsasında bina əsir, bina sakinləri rahat evdə otura bilmir. Bununla bağlı cavabdehlərə narazılıqlar bildirsələr də heç bir narazılığa məhəl qoymurlar. Həmin zirzəminin ona satılmasını bildirirək, mülkiyyətində olmasını israrla qeyd edərək nə istəyər onu edər deyə cavab verir. Cavabdehlərə dəfələrlə bunun qarşısını alması, icazəsiz, heç bir tikinti normasına cavab verməyən özbaşına tikilinin sökməsi təklif olunsa da, buna heç bir əhəmiyyət verməyirlər. Həmçinin cavabdehlər bir müddətdir ki, binanın sakinlərin evikuasiya zamanı qoruna biləcəyi hamının ümumi istifadəsində olan yeri zəbt edərək, həmin yerə qanunsuz olaraq çıxarış əldə edərək və orda evin alt hissəsini qazıyaraq obyekt tikmək üçün özünə şərait yaradır. Evin həmin padval hissəsində cavabdehlər tərəfindən özbaşına olaraq qazıntı və tikinti işləri aparlır. O, binanın bir sakini olaraq cavabdehin apardığı qanunsuz qazıntı və tikinti işlərindən çox narahatdır. Belə ki, aparılan qazıntı işləri binanın təməl hissəsinə ziyan vuraraq, qəzalı vəziyyət yaranmasına səbəb ola bilər, çünki həmin tikiti işləri nəticəsində ev əsir evdə oturmaq olmur, ev zələzələ dövrünü indiki zamanını yaşayır. Hətta bu barədə aidiyyatı orqanlara şikayət etmişdir. Təəssüf ki, müvafiq yerli icra qurumları bu məsələyə laqeyid yanaşırlar. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı onun tərəfindən qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulmasına dair qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* №-li, ********** qeydiyyat nömrəli (812 nömrəli reyestr kitabının 75682 nömrəli vərəqi) “Çıxarış”a əsasən Bakı şəhəri Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən 6 saylı evin 16 saylı mənzili tam mülkiyyət hüququ üzrə ona məxsusdur. ünvan 1 ünvanda yerləşən 117.0 kv.m qeyri-yaşayış sahəsindən ibarət zirzəmi həmin ünvanda yerləşən və mülkiyyət hüququ üzrə mənə məxsus 16 saylı mənzilin düz alt istiqamətində yerləşir və 2007-ci il tarixdən həmin zirzəmidə ev əşyaları, o cümlədən meyvə, giləmeyvə və tərəvəz məhsullarından hazırlanmış və konservləşdirilmiş şüşə qablarını yerləşdirməklə təyinatı üzrə istifadə etmiş, kirayə haqlarını da vaxtlı-vaxtında ödəmişdir. ünvan 1 ünvanda yerləşən 58.2 kv.m-dən ibarət 1 №-li qeyri-yaşayış sahəsinin adına özəlləşdirilməsinə razılıq verilməsi barədə 2015-ci ildə Nizami rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinə, "xxxx" ASC-ə və s. səlahiyyətli orqanlara müraciət etmiş, həmin təşkilatlar özəlləşməyə razılıq verdikdən sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən adına xx.xx.2015-ci il tarixli, ******* №-li dövlət reyestrindən ilkin Çıxarış verilmişdir. ünvan 1 ünvanda yerləşən 1 saylı tikilidən-qeyri-yaşayış sahəsindən təcrid olunamayan, ümumi sahəsi 58.8 kv.m olan 2 saylı tikilisinin də adıma özəlləşdirilməsi barədə müvafiq təşkilatlara müraciət edərək həmin sahənin adına özəlləşdirilməsinə razılıq alaraq adına özəlləşdirmişdir. ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 117.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən adına xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li, ********** qeydiyyat nömrəli (162 nömrəli reyestr kitabının 15173 nömrəli vərəqi “Çıxarış” verilmişdir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 117.0 kv.m olan qeyri-yaşayış sahəsi hazırda tam mülkiyyət hüququ üzrə ona məxsusdur. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi adına özəlləşdirilərkən Müvafiq İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri boks üzrə Azərbaycan, Avropa və Dünya çempionu olmaqla Azərbaycan Dövlətinin bayrağını yüksəklərə qaldırmasına əsaslanmışlar. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 117.0 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olmasına və həmin sahədən 2007-ci il tarixdən etibarən təyinatı üzrə istifadə etməsinə, dövlət rüsum və vergilərini vaxtlı-vaxtında ödəməsinə, qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyinin heç bir şəxsin hüquq və azadlıqlarına, dinc yaşamasına, maneçilik törətməməsinə baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh X2 dəfələrlə həmin qeyri-yaşayış sahəsindən istifadə etməyinə maneçilik törətməyə çalışmış, mülkiyyətində olan sahənin yarı hissəsini ona verməyini tələb etmiş, onun tələbini rədd etdikdə müxtəlif dövlət orqanlarına ondan şikayətlər etmiş, sözügedən qeyri-yaşayış sahəsinin guya qanunsuz özəlləşdirməyi barədə məlumatlar vermiş, orada olmadığı vaxtı, yəni xx.xx.2019-cu il tarixdə usta çağırtdıraraq mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarını qismən sökdürərək özünə qapı qoydurmaq istəmiş, bu barədə məlumat alaraq Azərbaycan Respublikası DİNnin “102” xidmətinə telefon zəngi etmiş, Nizami RPİ-nin əməkdaşları hadisə yerinə gələrək onun özbaşınalıq hərəkətlərinin qarşısını almış, lakin qadın olduğunu nəzərə alaraq cinayət məsuliyyətinə cəlb etməmişlər. Məsuliyyətsizlik və cəzasızlıq hiss edən X2 oxşar qanunsuz hərəkətlərini davam etdirərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla orada təmir işləri aparan usta və fəhlələri senzuradan keçməyən ləyaqətsiz söyüşlərlə təhqir etmiş, işlərin dayandırılmasını tələb etmiş, səs-küy salaraq təmirin dayandırılmasına səbəb olmuş, bununla da kifayətlənməyərək xx.xx.2019-cu il tarixdə 28 saylı MİKS-ə, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə, xx.xx.2019-cu ildə Əmlak Komitəsinə, xx.xx.2019-cu ildə Əmlak Komitəsinə və Nizami rayon İcra Hakimiyyətinə, xx.xx.2019-cu il də Fövqəladə Hallar Nazirliyinə telefon zəngləri edərək binanın altını guya 3 metr dərinliyində qazdıraraq binanın qəzalı vəziyyətə düşməsinə və binanın titrəməsinə şərait yaratmağı barədə yalan məlumatlar verərək nümayəndələrinin hadisə yerinə gəlmələrini tələb etmiş, onlar hadisə yerinə gələrək qeyriyaşayış sahəsinə baxış keçirmiş, heç bir qanunsuzluğa yol verilmədiyi, əslində isə binanın zirzəmisində heç bir qazıntı işləri aparılmadığı, əvvəlki qaydada təmir edilməyə başlanıldığı aşkar edilərək onu qınamaqla getmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğu izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğu izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Həmçinin o bildirmişdir ki, zirzəmi ümumi istifadədə olan sahədir, Əmlak Komitəsi onun balansında olmayan əmlakı başqa səxsə sata bilməzdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 ilkin iddianı qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlətin əmlakıdır. Dövlət Əmlakının özəlləşdirilməsi barədə 1997-ci il tarixli Fərman ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Cavabdeh2 adına özəlləşdirilmiş və xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi 2015-ci ildən onun icarəsində olmuşdur. Bundan başqa, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 məhkəməyə ərizə təqdim edərək, Komitə ilə Cavabdeh2 icarə və alqı-satqı müqavilələrinin bağlanması və buna dair çıxarışın verilməsi tarixindən müvafiq olaraq 5 və 2 il keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmişdir. Ona görə də, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, mübahisəli zirzəmini İddiaçı hələ o binaya küçməzdən əvvəl icarəyə götürmüş və istifadə etmişdir. Daha sonra isə qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında adına qeydiyyata aldırmışdır. İddiaçı həmin binaya köçdükdən sonra onlar üçün müxtəlif problemlər yaratmağa başlamış, mülkiyyətçisi olduğu zirzəmidən istifadə etməyə maneələr yaratmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X10 ilkin iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı məhkəməyə müraciət edərkən qanununvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hesab edir ki, iddia müddəti tətbiq edilməli və ilkin iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə bağlı rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, 2015-ci ildən həmin sahə Tofiqin istifadəsində olmuş, əqdin etibarsızlığı və çıxarışın ləğvi ilə bağlı ilkin iddiaçı xx.xx.2020-ci il tarixdə, yəni dəqiqləşdirilmiş iddia ərizəsi verərkən məhkəməyə müraciət etmişdir. İş üzrə ekspertiza keçirilmiş və ekspert rəyi ilə mübahisəli obyektdə aparılmış tikinti-təmir işləri zamanı bina üçün təhlükəli şəraitin yaranmaması ekspert rəyi ilə təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə 02 noyabr 2015-ci il tarixli, 6001 nömrəli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanda yerləşən 58.2 kv.m. qeyri yaşayış sahəsini Cavabdeh2 satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda olan 58.2 kv.m. ümumi sahəhəsi olan qeyri yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 11 dekabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. - İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə 21 may 2018-ci il tarixli, 6932 nömrəli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanda yerləşən 58.2 kv.m. qeyri-yaşayış sahəsini Cavabdeh2 satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda olan 117 kv.m. ümumi sahəhəsi olan qeyri yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 11 iyun 2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 6, 33 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi 26 dekabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK tərəfindən İddiaçı göndərilmiş 17 may 2019-cu il tarixli məktubda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən 58,8 kv.m. qeyri-yaşayış sahəsi icarəyə verilərək, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada icarəçi tərəfindən xx.xx.2018-ci il tarixində özəlləşdirilmişdir. - Məhkəmə qərardadı əsasında keçirilmiş tikinti-texniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 05 noyabr 2019-cu il tarixli mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, qərardadın 1-ci sualı ilə əlaqədar aparılmış tədqiqatla Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən 6 saylı evin, 16 saylı mənzilnin altında yerləşən zirzəmidə aparılmış tikinti-bərpa işlərinin müvafiq tikinti normalarına uyğun aparıldığı və həmin sahədə hər hansı əlavə tikili aparılmadığı müəyyən olunmuşdur. Mütəxəssis rəyində ğöstərilənləri nəzərə alaraq, zirzəmidə aparılmış təmir işlərinin, həmçinin qapı və nəfəslik boşluqlarının perimetri üzrə gücləndirildiyi təmin edilməklə, binanın və zirzəminin bilavasitə üstündəki otaqların möhkəmlik və dayanıqlığına təhlükə yaratmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan zirzəmidə uzun müddət təmirsiz istismar nəticəsində istismara qismən yararsız vəziyyətdə olan işıq, su və kanalizasiya xətlərinin yeniləri ilə əvəz edildiyi və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 11 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış binası və binaın ümumi əmlakının tərkib hissəsi olan zirzəmisi Nizami rayon MKTB-nin balansındadır. - Nizami RPİ-nin 25-ci PŞ tərəfindən verilmiş 07 avqust 2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı 22 aprel 2019-cu il tarixdə DİN 102 xidmətinə zəng edərək, Tofiq adlı şəxsin yaşadıqları binanın blokunda qanunsuz tikinti işləri aparması barədə məlumat vermiş və o, PŞ-yə dəvət olunaraq həmin tarixdə ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən 16 avqust 2019-cu il tarixdə tərəflərin iştirakı ilə ünvan 3 ünvanda yerləşən qeyri yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində yerləşən 6 saylı evin, 16 saylı mənzilnin altında yerləşən zirzəmidə tikinti-bərpa işləri aparılmışdır. Giriş artırılaraq ümumi qapı açılmışdır. İçəri daxil olarkən iki böyük zal və həmin zallarda nəfəsliklərin açılması istilik elektrik və kanalizasiya sistemi yenilənmiş, lakin istilik sistemi ümumi xəttə qoşulmamışdır. Həmçinin qeyri yaşayış sahəsi 40 sm dərinliyə salınmış və yer beton örtüklə sıvanmışdır. Divarlar isə ağardılmışdır. Zirzəmidə olan işıq, su və kanalizasiya xətlərinin yeniləri ilə əvəz edildiyi və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanda yerləşən 58.2 kv.m. qeyri yaşayış sahəsi İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə 02 noyabr 2015-ci il tarixli, 6001 nömrəli müqavilə ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 satmışdır. Bundan sonra həmin qeyri yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Bundan başqa İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə 21 may 2018-ci il tarixli, 6932 nömrəli müqavilə ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanda yerləşən 58.2 kv.m. qeyri yaşayış sahəsini Cavabdeh2 satmışdır. Həmin qeyri yaşayış sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışa əsasən, Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 11 iyun 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh2 ona məxsusu olan qeyri yaşayış sahəsində təmir-tikinti işləri aparmışdır. Hazırda həmin binada yerləşən 33 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X10 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, likin iddia üzrə İddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Ona görə də, hazırki ilkin iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və ilkin iddi tələbi rədd edilməlidir. Bundan başqa, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 məhkəməyə ərizə təqdim edərək, Komitə ilə Cavabdeh2 icarə və alqı-satqı müqavilələrinin bağlanması və buna dair çıxarışın verilməsi tarixindən müvafiq olaraq 5 və 2 il keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmişdir. Ona görə də, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı həmin ərizələri əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəəlnin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlandığını, həmin tarixdən bilməsi ağlabatan deyil. İş materiallarıdan görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsində təmir-tikinti işləri başlayanda bununla bağlı PŞ-yə müraciət etmişdir. Belə ki, iş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ tərəfindən verilmiş 07 avqust 2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı 22 aprel 2019-cu il tarixdə DİN 102 xidmətinə zəng edərək, Tofiq adlı şəxsin yaşadıqları binanın blokunda qanunsuz tikinti işləri aparması barədə məlumat vermiş və o, PŞ-yə dəvət olunaraq həmin tarixdə ərizə ilə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti İddiaçı hüqunun pozulduğunu bildiyi tarixdən, 25-ci PŞ-yə müraciət etdiyi 22 aprel 2019-cu il tarixdən hesablanmalıdır. İddiaçı isə iddia əzirəsi ilə 25 iyun 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbi ilə məhkəməyə müraciət edərkən, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, mübahisəli qeyriyaşayış sahəsi ilkin iddia üzrə cavabdeh olan Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Məhkəmə onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasmm Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Göründüyü kimi qeyd olunan fərmanla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə dövlətin adından daşınmaz əmlakı icarəyə vermə səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqmda Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. Həmin Əsasnamə, onun 1-ci bəndindən göründüyü kimi 29 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmış və yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləməkdədir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 11 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış binası və binaın ümumi əmlakının tərkib hissəsi olan zirzəmisi Nizami rayon MKTB-nin balansındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.4-cü maddələrinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir, bu Məcəələ və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Göründüyü kimi, çoxmənzilli binanın zirzəmisi mənzil fonduna daxildir və binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur, mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid edilməmişdir. Mülki qanunvericiliyə əsasən, hər hansı əqdin (o cümlədən icarə və alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Belə olan halda məhkəmə hesab edir ki, çoxmənzilli binanın ümumi əmlakı sayılan zirzəminin binanın komunikasiya vasitələrinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa bir məqsəd üçün istifadə olunması yolverilməzdir və baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir-bərpa işlərinin aparılması üçün həmin sahənin istifadəyə açıq qalması zərurilidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 1.2-ci bəndinə görə də, bu qaydalar bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının qarşısının alınması məqsədini daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, çoxmənzilli binanın ümumi əmlakı sayılan zirzəminin qeyri-yaşayış sahələri kimi xidmət göstərilməsi məqsədilə Cavabdeh2 icarəyə və mülkiyyətə verilməsi mənzil və mülki qanunvericiliyin istinad olunan normalarının tələblərinə ziddir. İş materiallarından aydın olur ki, Cavabdeh2 icarəyə götürdüyü, habelə sonradan özəlləşdirdiyi əmlak (lar) üçün Əmlak Məsələləri Dövlət Komitəsinə icarə və satınalma məbləğləri ödəmiş, həmin sahələrin təyinatının dəyişdirilməsi məqsədilə (yolverilməz olmasına baxmayaraq) müəyyən pul vəsaitləri sərf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə görə, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur, dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Respublikanı xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Komitənin hesabına 25 faiz həcmində ayrılmalar nəzərdə tutulur. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 etibarsız əqdlər üzrə sərf etdiyi pul vəsaitlərinin (digər xərclərin) konkret məbləği bəlli olmadığından və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən geri qaytarılmalı olan hissəsi (25%-i) konkret müəyyənləşdirilmədiyindən, digər məbləğlə bağlı isə Maliyyə Nazirliyinə qarşı tələb irəli sürülmədiyindən restituisya məsələsinə mahiyyəti üzrə münasibət bildirilməməli və zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə həm Əmlak Məsələləri Dövlət Komitəsinə, həm də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı tələb irəli Sürmək hüququnun olduğu Cavabdeh2 izah edilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, o, mübahisəli qeyri yaşayış sahəsinin mülkiyyətçisi deyildir və həmin qeyri-yaşayış sahəsinə hər hansı aidiyyatı müyyən edilməmişdir. Məhkəmə onu da qedy edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə “xx.xx.2015-ci il tarixli, 8368 nömrəli və xx.xx.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələrinin” etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilələri iddia ərizəsinə əlavə etməmiş, mülki işə baxılarkən də, məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ünvan 3 evin zirzəmisinin qeyriyaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarış etibarsız hesab edilməli, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımlar sökülməli, binanın zirzəmisi əvvəlki vəziyyətinə qaytarılmalı və bina sakinlərinin ümumi istifadəsinə verilməli, ilkin idia qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 3 evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6001 nömrəli və xx.xx.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarış və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarış etibarsız hesab edilsin. Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımlar sökülməsün, binanın zirzəmisi əvvəlki vəziyyətinə qaytarılsın və bina sakinlərinin ümumi istifadəsinə verilməsin. İlkin idia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver