Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-769/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə uşaqla ünsiyyətdə olmağa dair aralarında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/6-7609 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikahda olmuşlar. Onların birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Birgə nikah dövründə xasiyyətləri uyğun olmadığından cavabdeh nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsində nikahlarının pozulması barədə mülki iş vardır. Maraqlı şəxs ilə münasibətləri pisləşən zaman maraqlı şəxs azyaşlı körpə oğlunu xx.xx.2022-ci il tarixdə onun üstünə ataraq atası evinə çıxıb getmişdir. Uşaq 5 aya yaxın onunla qalmış, yalnız xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərardadına əsasən icra edilmək üçün göndərilmiş Nizami rayon icra və probasiya şöbəsinin icra məmurunun tərtib etdiyi akta əsasən Maraqlı şəxs verilmiş, xanım isə uşağı geri qaytarmamışdır. Halbuki, uşaq ona məhkəmənin qərardadına əsasən müvəqqəti ünsiyyət üçün verilmişdir. Hazırda onların birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 Emiliya Fuad qızındadır. O, uşaqla ünsiyyət hüququnun təmin edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya prosesi ilə bağlı müraciət etmiş, Mediasiya prosesinin gedişində aralarında razılıq əldə edilmişdir. Belə ki, Mediasiya haqqında AR Qanununun 33-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli "Barışıq Sazişi" imzalanmışdır. Barışıq Sazişinə əsasən tərəflər razılığa gəlirlər ki, xx.xx.2021-ci il təvəllüdlü övladları X3 şənbə günləri saat 11:00-dan bazar günləri saat 12:00-dək Ərizəçi yanında qeydiyyatda olduğu ünvanda qalır. Tərəflər razılığa gəlirlər ki, X2 günləri (Yeni il, Novruz Bayramı və digər bayram günləri) 2 gün atası Ərizəçi ilə qalan bayram günləri isə anası Maraqlı şəxs ilə qalacaq. Sazişin 6-cı maddəsinə əsasən ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Aralarında bağlanmış Sazişdən 10 gün artıq müddət keçməsinə baxmayaraq Sazişdə göstərilən müddəalara maraqlı şəxs tərəfindən riayət edilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli MŞB/6-7609 saylı Sazişin təsdiq edilməsini xahiş etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs aralarında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında xx.xx.2021-ci il təvəllüdlü övladları X3 şənbə günləri saat 11:00-dan bazar günləri saat 12:00-dək Ərizəçi yanında qeydiyyatda olduğu ünvanda qalması, X3 Bayram günləri (Yeni il, Novruz Bayramı və digər bayram günləri) 2 gün atası Ərizəçi ilə, qalan bayram günləri isə anası Maraqlı şəxs ilə qalması barədə razılıq əldə edilmişdir. barışıq sazişinin 6-cı və 8-ci bəndlərinə əsasən Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası ilə məhkəməyə müraciət edə bilər. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2022-ci il tarixli, MŞB/6-7609 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2022-ci il tarixli barışıq sazişi MPMnin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə barışıq sazişinin “X3 Bayram günləri (Yeni il, Novruz Bayramı və digər bayram günləri) 2 gün atası Ərizəçi ilə qalan bayram günləri isə anası Maraqlı şəxs ilə qalması barədə razılıq əldə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər digər bayram günlərinin 2 günü atasının yanında, qalan bayram günləri isə anasının yanında qalması ilə bağlı razılıq əldə etmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/6-7609 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi və Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X4 şənbə günləri saat 11:00-dan bazar günləri saat 12:00-dək Ərizəçi yanında qeydiyyatda olduğu ünvanda qalmalı, X2 günləri (Yeni il, Novruz Bayramı və 2 gündən az olmayan digər bayram günləri) 2 gün atası Ərizəçi ilə, qalan bayram günləri isə anası Maraqlı şəxs ilə qalmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia qiymətləndirilməyən iddia olduğundan, 100 manat dövlət rüsumu ödənilməli olduğundan, lakin ərizəçi tərəfindən 50 manat ödənildiyindən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə aid olan ödənilmiş 50 manat dövlət rüsumu ərizəçiyə aid edilməli, ərizəçi tərəfindən ödənilməmiş 50 manat dövlət rüsumu ondan tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/6- 7609 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi və Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X4 şənbə günləri saat 11:00-dan bazar günləri saat 12:00-dək Ərizəçi yanında qeydiyyatda olduğu ünvanda qalsın. X2 günləri (Yeni il, Novruz Bayramı və 2 gündən az olmayan digər bayram günləri) 2 gün atası Ərizəçi ilə, qalan bayram günləri isə anası Maraqlı şəxs ilə qalsın. Məhkəmə xərcləri qismində ödənilmiş 50 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Ərizəçi tərəfindən ödənilməmiş 50 manat dövlət rüsumu ondan tutularaq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-769/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-769/2023
27.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver