Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-784/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı "ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, əri 24.08.1959-cu il il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olmuş X2 10 oktyabr 2020-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri 24.08.1959-cu il təvəllüdlü X7 10 oktyabr 2020-ci il tarixdə evdə vəfat etmişdir. Tərəflərindən həmin vaxt təcili tibbi yardım çağrılmışdır və bu barədə 10 oktyabr 2020-ci il tarixdə xəbərdarlıq vərəqi verilmişdir və xəbərdarlıq vərəqində də kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum əri Fatmayı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin hüquqlarını bilmədiklərindən o, 3 gün ərzində poliklinikaya müraciət etməmişdır və həkimin ölüm haqqında tibbi şəhadətnaməsini almaq mümkün olmamışdır. Həmçinin həkimin ölüm haqqında tibbi şəhadənamə verilməsi ilə bağlı 7 saylı şəhər poliklinikasına müraciət etmiş, poliklinikaya heç bir vaxt müraciət etmədiyi üçün tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı barədə cavab verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi vacibdir. X1 həqiqətən 10.10.2020-ci il tarixdə vəfat etməsini və dəfn edilməsini məhkəmədə şahidlər təsdiq edə bilər. Mərhum ərinin ölüm faktını təsdiq edəcək sənəd başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Ölüm faktının təsdiq edilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək, 24.08.1959-cu il tarixdə, Goranboy rayonunda doğulmuş X2 10 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X3 ifadə verərək göstərdi ki, mərhum onun qayını imiş. 10 oktyabr 2020-ci il tarixdə səhər tezdən zəng gəlmişdir ki, mərhumun vəziyyəti pisləşmişdir. O, gəlib çatanda artıq təcili tibbi yardım gəlmişdir amma mərhum rəhmətə getmişdir. Mərhum Fatmayı qəbirstanlığında dəfn olunmuşdur və o, bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində X13 ifadə verərək göstərdi ki, 10 oktyabr 2020-ci il tarixdə səhər tezdən qızı zəng etmişdir ki, mərhumun vəziyyəti pisləşmişdir. O, gəlib çatanda artıq təcili tibbi yardım gəlmişdir amma mərhum rəhmətə getmişdir. Mərhum Fatmayı qəbirstanlığında dəfn olunmuşdur və o, bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xətai RPİ tərəfindən 19.07.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 08044900 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 24.08.1959-cu il tarixdə Goranboy rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respubikası İcbari Tibbi sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi 7 Nömrəli Şəhər Poliklinikasının 21.10.2020-ci il tarixli 748 № məktubundan görünür ki, Xətai rayonu, Telnov küçəsi, ev 18A, mənzil 117 ünvanında qeydiyyatda olan 1959-cu il təvəllüdlü X7 bu ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamamış və poliklinikaya heç vaxt müraciət etməmişdir. Bu səbəbdən ölüm şəhadətnaməsi Forma (106) verilməsi mümkün deyil. - Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən X4 ünvanlanmış 21.10.2020ci il tarixli 2436-05/15 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarımı qeydiyyatın qaydası" 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçun məhkəməyə müraciət edilməsi məsləhət görünür. - 22 oktyabr 1988-ci il tаriхdə verilmiş İV-ЖГ № 475472 saylı nikahın bağlanması haqqında şəhаdətnаmənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X7 ilə X9 аrаsındа 22 oktyabr 1988-ci il tаriхdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа həmin tarixdə 1172 №-li qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məsimov, arvada Məsimova soyadı verilmişdir. - Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 4 ünvanında kişi cinsinə mənsub X5 qoyulan diaqnoz həkimə qədər ölümdür. - Abşeron Rayonu Fatmayı Bələdiyyəsinin 14.10.2020-ci il tarixli 32 saylı arayışından görünür ki, Ərizəçi həyat yoldaşı X7 10 oktyabr 2020-ci il tarixdə Fatmayı kənd qəbiristanlığında dəfn olunmuşdur. - Məhkəməyə X1 qəbrinin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi mərhum həyat yoldaşı 24.08.1959cu il tarixdə, Goranboy rayonunda anadan olmuş X7 10 oktyabr 2020-ci il tarixdə tarixdə yaşadığı ünvan 4 ünvanında vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 24.08.1959-cu il tarixdə, Goranboy rayonunda doğulmuş X2 10 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.08.1959-cu il tarixdə, Goranboy rayonunda doğulmuş X2 10 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-784/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-784/2021
04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver