Məhkəmə qərarları › İş №2(007)-925/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-925/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-925/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “Cavabdeh1” yükdaşıma xidmətinə, X2 qarşı avto qəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər “Cavabdeh1” yükdaşıma xidmətinə, X2 qarşı avto qəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “Cavabdeh1” yükdaşıma xidməti 04.03.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, ərizədə bildirmişdir ki, məhkəmənin icraatında olan 2(007)-925/2021 saylı mülki iş üzrə İddiaçı Vəliyyəddin qızı “Cavabdeh1” yükdaşıma xidmətinə qarşı iddia qaldıraraq öz ərizəsində cavabdehin ünvanı kimi Bakı şəhəri, H.Əliyev pr. 187B kimi göstərmişdir. Bu səbəbdən iddia ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. “Cavabdeh1” yükdaşıma xidməti” adlı hüquqi şəxs - şirkət mövcud deyil və hər hansı ünvanda fəaliyyət göstərmir. Lakin, İddiaçı cavabdehin adını və ünvanını düzgün seçmədən və dəqiqləşdirmədən birbaşa Nizami Rayon Məhkəməsinə müraciət etməklə iş üzrə aidiyyat qaydalarını pozmuşdur. Bununla əlaqədar olaraq, əgər iddiaçı şirkəti nəzərdə tutub belə bir iddia qaldırmışdırsa, o zaman iddiaçının nəzərinə çatdırılmaldır ki, şirkətin rəsmi adı “xxxx” MMC olmaqla, hüquqi ünvanı - ünvan 3 Bu səbəbdən onlara qarşı qaldırılan iddialara Nizami Rayon Məhkəməsində deyil, Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən sözügedən iddianın “xxxx”MMC şirkəti ilə əlaqədar olduğu təqdirdə şirkətin rəsmi qeydiyyatının olduğu yerin - aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə vəsatətə etiraz etmədiyini,bə işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, işin ərazi aidiyyəti üzrə baxılması üçün mülki iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsinə əsasən yaşayış yeri məlum olmayan,yaxud Azərbaycan Respublikasında yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İşdə olan sənədlərdən görünür ki, “xxxx” MMC-nin hüquqi ünvanı - ünvan 3 Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Cavabdeh1” yükdaşıma xidmətinə, X2 qarşı avto qəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair 2(007)-925/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar