Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-932/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1975-ci ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmağı, doğum akt qeydlərinin bərpa edilməsi və ata qrafasında X6, ana qrafasında - X3 göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1975-ci ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuşdur. X2, anası isə X5r. Məlum hadisələrlə bağlı ailəsi ilə birgə 1988-ci ildə Bakı şəhərinə köçmüş və hal-hazırda Nizami rayonu, Qara Qarayev prospekti, ev 32, mənzil 33-də yaşayır. Atası 20.08.2020-ci il tarixində vəfat etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Quba rayonu, Qələdüz kəndində atasının xüsusi mülkiyyətində həyət evi və torpaq sahəsi var. Həmin mülki miras əmlak kimi qəbul etmək məqsədilə o, notariat kontoruna müraciət etmişdir. Lakin doğum haqqında şəhadətnaməni itirdiyindən, notariat kontoru ona qanun üzrə vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. Doğum haqqında qeydin bərpa edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, şöbə tərəfindən 30.10.2020-ci il tarixli 05Q-1362/15 nömrəli məktubla imtina olunmuşdur. Hal-hazırda doğum haqqında qeydi bərpa edə bilmədiyindən, vərəsəlik hüquqlarını həyat keçirə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Ərizəçi Ermınistanda Noyemberyan rayonunda anadan olmuşdur. Onun 5 övladı var. Ərizəçi kitabxanadan kitab götürərkən doğum şəhadətnaməsin ora qoymuşdur və ondan sonra tapa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, o, ərizəçinin əmisidir. Ərizəçi xx.xx.1975-ci ildə Noyemberyan rayonunda anadan olmuşdur. Bakıda yaşamış və təhsilini də burada davam etdirmişdir. Qardaşı 1974-cü ildə ailə həyatı qurmuşdur və 5 övladı var. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BAKİ-NİZAMİ RPİ tərəfindən 19.07.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - 21 avqust 1973-cü il tаriхdə vеrilmiş İ-ТИ № 255705 saylı nikah haqqında şəhаdətnаmənin sürətindən görünür ki, X6 ilə X9 аrаsındа 21 avqust 1973-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 avqust 1973-cü il il tarixdə 37 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yolçuyev, arvada isə Aşirova soyadı verilmişdir. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 01 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ № 109483 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 20 avqust 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 sentyabr 2020-ci il tarixdə 639 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ödəmidir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 05.02.2021-ci il tarixli, 018-1388-1221 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi məxsus AZE 16175565 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda doğulmuşdur. X2, anası X5r. - X1 Reyestri Xidmətinin 12.02.2021-ci il tarixli 05/2-825/13 nömrəli arayışından görünür ki, “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 05.02.2021-ci ilədək daxil edilmiş bütün məlumatlat öyrənilərkən Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 05.02.2021-ci il tarixli 087-2894-1221 nömrəli məktubunda qeyd olunan Ərizəçi məxsus fərdi uçot kartoçkasının ksero surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Noyemberyan doğulmuşdur. X2, anası X5r. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin 30.10.2020-ci il tarixli, 05Q-1362/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a əsasən ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti Orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri) tərəfindən bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Eyni zamanda qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müvafiq sənədlər şöbəyə təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasında Noyemberyan rayonunda anadan olmuşdur, X2, anası X5r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum haqqında akt qeydində dəyişikliyi əsaslı edəcək sənədləri təqdim etmədiyi üçün məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 162-ci maddəsinə əsasən X1 qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X6, ana adı qrafasında X7 göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X6, ana adı qrafasında X7 göstərilsin. Göstərilənlər X4 qeydiyyatının aparılaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-932/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-932/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver