Məhkəmə qərarları › İş №2(007)-964/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-964/2021

07.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-964/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi əri X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, 17 noyabr 1979-cu il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 2019-cu il tarixdə X3 baş-beyin üzvü xəstəliyi (alsheymer) nəticəsində 1-ci qrup əlil olmuşdur. Ona tibbi sosial ekspert komissiyası tərəfindən ömürlük müddətsiz 1-ci qrup əlillik təyin olmuşdur.Həyat yoldaşım həm fiziki, həm də əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və başqa şəxsin köməyinə ehtiyacı vardır. O, öz-özünü müstəqil idarə etmək iqtidarında deyil.Qeyd olunanlara əsasən 15.10.1958-ci il tarixdə Ağsu rayonunun Kalva kəndində anadan olmuş X1 qızının fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi.İzahat verərək göstərdi ki,iş materialları ilə və ekspertin rəyi ilə tanış olmuşdur. Hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar var. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı 08241378 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağsu rayonunun Kalva kəndində rayonunda anadan olmuşdur.Babək prospekti ev 103,mənzil 40 ünvanda yaşayır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 15.10.1958-ci il tarixdə Ağsu rayonunun Kalva kəndində rayonunda anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında nikah 17 noyabr 1979-cu il tarixdə bağlanmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının 16.01.2020-ci il tarixli sonuncu müayinəsindən görünür ki X3 müddətsiz 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin 01.04.2021 -ci il tarixli 665 nömrəli ekspert rəyindən görünür ki, X3 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15.10.1958-ci il tarixdə Ağsu rayonunun Kalva kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.10.1958-ci il tarixdə Ağsu rayonunun Kalva kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar