Məhkəmə qərarları › İş №2(007)-975/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-975/2021

17.02.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-975/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” MMC Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1903,91 (bir min doqquz yüz üç manat doxsan bir qəpik) AZN əsas kredit borcu, 99,39 (doxsan doqquz manat otuz doqquz qəpik) AZN kreditdən istifadəyə görə faiz borcu, 186 (bir yüz səksən altı) AZN cərimə olmaqla, cəmi 2189,93 (iki min yüz səksən doqquz manat doxsan üç) AZN, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı BOKT “xxxx” MMC-yə ödənilməsi və “X6nda qeyd edilmiş Əmlaka (Karina dəst 3+2+1, Sehpa) tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan kredit borcunun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi barəsində qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT “xxxx" MMC ilə cavabdeh X1 arasında bağlanmış 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 23,2% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1986 (bir min doqquz yüz səksən altı) AZN məbləğində kredit verilmişdir. 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı qismində həmin müqavilənin ayrılıı az tərkib hissəsi hesab edilən “Girov təminat Aktı”nda qeyd edilmiş əmlak (Karina dəst 3+2+1, Sehpa) iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 11.11.2020-ci il tarixinə 1903,91 (bir min doqquz yüz üç manat doxsan bir qəpik) AZN əsas kredit borcu, 99,39 (doxsan doqquz manat otuz doqquz qəpik) AZN kreditdən istifadəyə görə faiz borcu, 186 (bir yüz səksən altı) AZN cərimə olmaqla, cəmi 2189,93 (iki min yüz səksən doqquz manat doxsan üç) AZN borcu qalmaqdadır. Cavabdehə dələlərlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmiş. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BOKT “xxxx” MMC-nin 11.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə cəmi 2189,93 manat məbləğində kredit borcu vardır. - 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 nömrəli Kart vasitəsilə verilən kreditin “X6”ndan görünür ki, 1474 manat dəyərində Karina dəst 3+2+1 və 512 manat dəyərində Sehpa BOKT “xxxx” MMC-nin xeyrinə girov ilə yüklü edilmişdir. - BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci tarixli DVP- 060-0004-20 nömrəli kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilədən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh 18 ay müddətinə illik 23,2% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1986 (bir min doqquz yüz səksən altı) AZN məbləğində kredit verilmişdir. Cavabdeh 18 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - BOKT “xxxx” MMC-nin 20.11.2020-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh 3 (üç) iş günü müddətində cəmiyyəyə olan 2189,93 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur, əks halda cəmiyyət tərəfindən əsas borcun və ona hesablanmış faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi və borcun girov predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün Ləğv prosesində olan BOKT “xxxx” MMC tərəfindən 01.12.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı BOKT “xxxx" MMC ilə cavabdeh X1 arasında bağlanmış 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 23,2% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1986 (bir min doqquz yüz səksən altı) AZN məbləğində kredit verilmişdir. 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı qismində həmin müqavilənin ayrılıı az tərkib hissəsi hesab edilən “Girov təminat Aktı”nda qeyd edilmiş əmlak (Karina dəst 3+2+1, Sehpa) iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 11.11.2020-ci il tarixinə 1903,91 (bir min doqquz yüz üç manat doxsan bir qəpik) AZN əsas kredit borcu, 99,39 (doxsan doqquz manat otuz doqquz qəpik) AZN kreditdən istifadəyə görə faiz borcu, 186 (bir yüz səksən altı) AZN cərimə olmaqla, cəmi 2189,93 (iki min yüz səksən doqquz manat doxsan üç) AZN borcu qalmaqdadır. Cavabdehə dələlərlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı BOKT “xxxx" MMC ilə bağladığı 03.03.2020-ci tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 186 manat cərimə borcu əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan 1986 manat dəyərində Karina dəst 3+2+1 və Sehpa iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1-ci maddəsinə əsasən, Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; girov saxlayanın tələblərinin ödənilməsinə; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlaknın saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə hesab edir ki, girovla təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, tələb girov qoyulmuş Karina dəstə (3+2+1) və Sehpaya yönəldilməli, həmin daşınar əşyalar açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına BOKT “xxxx" MMC-nin edilmiş tələbləri ödənilməli, BOKT “xxxx" MMC-nin xeyrinə tutulan borc ödənildikdən sonra girov predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan BOKT “xxxx" MMC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 1,87 manatı iddiaçıya, 28,13 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 1903,91 manat məbləğində əsas borc, 99,39 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə, ümumilikdə isə 2053,3 manat məbləğində pul, 28,13 manat məbləğində ödənilmiş dövlət rüsumu BOKT “xxxx” MMC-nin xeyrinə tutulmalı, Ödənilmiş dövlət rüsumunun 1,87 manat iddiaçıya aid edilməli. tutma 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı “X5 əsasən Cavabdeh məxsus 1 ədəd Karina dəst 3+2+1, 1 ədəd Sehpaya yönəldilməli, əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait BOKT “xxxx” MMC-yə ödənilməli, BOKT “xxxx” MMC-nin xeyrinə tutulan borc ödənildikdən sonra girov predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq Cavabdeh qaytarılmalı,iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 03 mart 2020-ci il tarixli DVP- 060-0004-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1903,91 manat məbləğində əsas borc, 99,39 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə, ümumilikdə isə 2053,3 manat məbləğində pul, 28,13 manat məbləğində ödənilmiş dövlət rüsumu BOKT “xxxx” MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,87 manat iddiaçıya aid edilsin. Tutma 03 mart 2020-ci il tarixli DVP-060-0004-20 saylı “X5 əsasən Cavabdeh məxsus 1 ədəd Karina dəst 3+2+1, 1 ədəd Sehpaya yönəldilsin, əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait BOKT “xxxx” MMC-yə ödənilsin. BOKT “xxxx” MMC-nin xeyrinə tutulan borc ödənildikdən sonra girov predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver