Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1005/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X12, X3, Cavabdeh5 Maruyeloviçə, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğluna qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və qeyrilərinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 313,80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0,05 ha-dan ibarət torpaq sahəsindən məcburi qaydada çıxanlmasını və fərdi yaşayış evinin boşaldılması ilə fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının əməli istifadəmə verilməklə evə köçürülməsi barədə qətnaə çıxarılmasını məhkəmədn xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X6, X3, Cavabdeh5 Maruyeloviçə, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlunun iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 313,80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0,05 ha-dan ibarət torpaq sahəsindən məcburi qaydada çıxanlmalarını və fərdi yaşayış evinin boşaldılması ilə fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının əməli istifadəmə verilməklə evə köçürülməyim barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Azrəbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinin tələblərinin uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azrəbaycan Respublikasının Müdahiə Nazirliyinin hərbi qulluqçusu, Baş gizir kimi Azrəbaycan Ordusunda xidmət edir. 2010-cu ildən Orduda xidmət etdiyi dövdə qüsursuz xidmətə görə müxtəlif vaxtlarda Ordu Komandanlığı tərəfindən fərqləndirilməklə İİ-ci Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı 03 noyabr 2020ci il tarixli əmrə əsasn Azərbaycan Respublikasının “ŞÜCAƏTƏ GÖRƏ” medalı ilə təltif edilmişdir. Bununla belə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdi iştirak etmiş, qəlpə partlaması zamanı (xx.xx.2020-ci il tarixdə) hər iki əli, sol budu, sol diz oynağı, sağ ayağı kor qəlpə yaralan ilə zədələnmişdir. Müvafiq reabilitasiya kursindan sonra xidmətini davam etdirmiş, hal-hazırda da ordu sıralannda xidmət edir. Uzun müddət Orduda xidmət etdiyi, ailəli olmaqla, lakin şəxsi mənzilinin olmaması ilə bağlı dövlət ipotekası ilə mənzil almaq qərarına gəlmişdir. Beləliklə də, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 30 aprel 2021-ci il tarixli, AİF/23 №-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən o, Cavabdeh1 onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 314,10 kv.m-dən ibarət fərdi yaşayış evini "xxxx" ASC-nin Qara Qarayev filialında ipotekaya qoymaqla almışdır. Hazırki müqavilə bağlanan tarixdən etibarən o, həmin kredit borcu üzrə üzərinə düşən bank öhdəlikırini yerinə yetirir, lakin hərbi qulluçu olduğu və hazırda Bakı şəhəridən xeyli kənarda hərbi xidmətimi davam etdirdiyi üçün aldığı fərdi evdə hal-hazırda yaşamaq imkanı yoxdur. Bundan istifadə edən cavabdeh isə fərdi evi ona təhvil verməkdən imtina edir, hətta yaxınlarım vasitəsi ilə əldə etdiyi məlumata görə onun evini başqa şəxslərə kirayəyə vermişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçıyla eyni məzmunda ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, sonradan tanıdığı X8 və X9 adı gedən ünvandakı onlara məxsus 0,05 ha torpaq sahəsini, 313.8 kv.m yaşayış evinin almaq məqsədilə ümumi 340.000 manata razılaşmışlar. Lakin evin çıxarışı olmadığı üçün əvvəlcə torpaq sahəsini notarius vasitəsilə alqı-satqı ilə satmış və ona 40.000 manat pul verilmişdir. Evi özəlləşdirib çıxarışı alandan sonra ona 300.000 manat verəcəklərini bildirmişlər. Sonradan bunlar sözə əmələ etmədiklərindən onlar bir müddət görüşməmişlər. O, da artıq yaşayış evini satmaqdan imtina etmişdir. Çünki ona veriləcək 300.000 manatı verməmişlər. O, şəxsi işləri ilə əlaqədar RF-na getmişdir həmin vaxtda pandemiya ilə əlaqədar uzun vaxtdan sonra vətənə qayıtmışdır. Vətənə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, Vüsal Mənsimov və Namiq Əliyev onun evini çıxarış alaraq başqa şəxsə satmışdır. Buradan məlum olur ki, Vüsal Mənsimov və Namiq Əliyev dələduzluq yolu ilə onun 6 nəfər ailə üzvünün yaşadığı evi qeyri-qanuni olaraq çıxarış alaraq başqa şəxslərə satmışır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda bildirdi ki, cavabeh qismində qeyd edilən digər şəxlər onun ailə üzvüdür və onlarda mübahisəli yaşayış evdə onunla bərabər yaşayırlar. Caavbdehlərin hər biri yetkinlik yaşına çatmış şəxslərdir. Cavabdehlər Cavabdeh2, X13, X10, Cavabdeh5 Maniyeloviç, Hüseynov Vəkil Manuel oğlu və Hüseynov Vəkil Teymur oğluna məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin və Cavabdeh3 izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa küçəsi, ev 121 İddiaçı oğlnun adına 53 saylı DNK-nın, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Hüseynov Emil Vəkiloviç Bakı şəhəri, Ramana qəsəbəsi. Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Ramana qəsəbəsi, Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsini 50000 manat məbləğinə X1. xx.xx.2020-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X2 qəsəbəsi, Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsini 5000 manat məbləğinə Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 464837 saylı xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Ramana qəsəbəsi, Südçülük sovxozunda olan 0,05 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 464837 saylı xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış Daşınmaz Əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Soltan oğlu öz xüsusi mülkiyyətində olan Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 fərdi yaşayış evini və həmin evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsini 170.000 manat məbləğində pula İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli şıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 fərdi yaşayış evi və həmin evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sabunçu Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda Cavabdeh3, Cavabdeh2, X13, X10 və Cavabdeh5 Maruyeloviç yaşayır. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi 121 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir və orada hal-hazırda Cavabdeh3, Cavabdeh2, X13, X10, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu yaşayır. Cavabdeh3 qeyd edilən evdə yaşamasının səbəsini həmin evin qeyri-qanuni tikili olduğunu, onu özü tikdirdiyini, o evin yarleşdiyi torpaq sahəsini qanuni şəkildə Əliyev Namiqə satsada, Əliyev Namiq ona əlavə evə görədə pul verməli olduğundan lakin pulu vermədiyindən satmaqdan imtina etmiş olduğu ilə izah etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə məlum olur ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşamaları və iddiaçını həmin evə buraxmamaları mülkiyyətçi kimi iddiaçının qanunla qarunan hüquqların pozmuş olduğundan iddia tələb qisməni təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X13, X10, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsindən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlərin hesabına boşaldılmalı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsinə İddiaçı köçürülməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evinin və 0.05 ha-dan ibarət torpaq sahəsinin iddiaçının istifadə verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən fərdi yaşayaış evinə iddiaçı köçürüldükdən sonra,onun öz xüsusi mülkiyyətində olan evdən istifadə etməyinə rəal şərait yaranmış olduğundan iddia tələbinin həmin hissədə təmin edilməsini zərurət aradan qaldırılmış olur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh2, X13, X10, Cavabdeh5 Maruyeloviç, Hüseynov Vəkil Manuel oğlu, Hüseynov Vəkil Teymur oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evindən və 0.05 ha-dan ibarət torpaq sahəsindən çıxarılsın, fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlərin hesabına boşaldılsın. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 313.80 kv.m-dən ibarət fərdi yaşayış evinə və 0.05 ha-dan ibarət torpaq sahəsinə İddiaçı köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1005/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1005/2022
22.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver