Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1896/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ona məxsus "Lada Qranta" markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5044 manat və dövlət rüsumu kimi ödədiyi 72 manat, cəmi 5116 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ona məxsus "Lada Qranta" markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5044 manat və dövlət rüsumu kimi ödədiyi 72 manat, cəmi 5116 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası zamanı İddiaçı məhkəməyə ərizə verərək, iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin ona qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdə olan "Kapital Bank"-ın xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 72 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə həmin dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ona məxsus "Lada Qranta" markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 5044 manat və dövlət rüsumu kimi ödədiyi 72 manat, cəmi 5116 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi" barədə iddia ərizəsi İddiaçı qaytarılsın. İddiaçı tərəfindən "Kapital Bank"-ın xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-1896/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1896/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver