Məhkəmə qərarları › İş №2(008)-2179/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2179/2021

08.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2179/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı, onun vəkilli və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 20.09-2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2006-cı ildə qızı Günay doğulmuşdur. Birgə nikah dövründə bir neçə əmlak əldə etmiş, eyni zamanda 13 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Ev dövlət qeydiyyatına alınmamışdır, lakin bütün kommunal sayğaclar iddiaçının adına rəsmiləşdirilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı adına verilmiş «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» Şəhadətnaməyə əlavədə göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə arşdırması zamanı məlum olmuşdur ki, iddia etdiyi ünvan ünvan 2ə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkilli və nümayəndəsi X4 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, qeyd etdilər ki, hazırda iddiaçı ilə cavabdeh arasında münasibətlər gərgin olsa da aralarındakı nikahın pozulması hələ rəsmiləşdiriməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsidir (Bakı şəhəri Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 116 №-li, 04.05.2021-ci il tarixli arayış). Zabrat Bələdiyyəsi tərəfindən iddiaçı Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsindəki evə görə 1810142K0E1S nömrə yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (Bələdiyyə tərəfindən verilmiş 20.08.2018-ci il tarixli Şəhadətnamə). Həmin evin dəqiq yeri və cizgisi həmin şəhadətnaməyə əlavədə qeyd edilmişdir. Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən 21.08.2018-ci, 17.11.2020-ci il tarxlərdə verilmiş arayışlardan görünür ki, iddiaçı Aşıq Ələsgər küçəsində inşa edilmiş özbaşına tikilidə qeydiyyatsız yaşamışdır. İddiaçının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşaması barədə üç fiziki şəxs tərəfindən imzaları notarial qaydada təsdiq olunmaqla ərizə məhkəməyə təqdim edilmişdir. Bütün sayğaclar iddiaçının adına rəsmiləşdirilmiş və kommunal ödənişlər iddiaçının adından həyata keçirimişdir (bildirişlər, hesabtlar və s.). Hazırda iddiaçı Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı adına verilmiş «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» Şəhadətnaməyə əlavədə göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətdə tərk edirsə, o, yaşıyış yerini itirmir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli evdə birgə nikah dövründə yaşamışdır, bu əsasdən həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Zabrat Bələdiyyəsi tərəfindən tərəfindən İddiaçı adına verilmiş «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» Şəhadətnaməyə əlavədə göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar