Məhkəmə qərarları › İş №2(008)-222/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-222/2023

06.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-222/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı5 nümayəndəsi və vəkili Vəkil, Cavabadeh Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı «qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı2 məsxus olan 0.02 ha torpaq sahəsindən, İddiaçı3 məxsus olan 0.02 ha torpaq sahəsindən, İddiaçı4 məxsus olan 0.04 ha torpaq sahəsindən, iddiaçı X1 məxsus olan 0.02 ha torpaq sahəsindən cavabdehin çıxarılması, Cavabdeh tərəfindən aparılmış tikiti və qurğu işləri onun tərəfindən sökülməsi və 0.10 ha torpaq sahəsini tam boşaldılması, həmin əraziyə daxil olmasının qadağan edilməsi, cavabdeh tərəfindən ümumilikdə olan 0.10 ha torpaq sahəsinin giriş-çıxış dəmir qapının açarlarını iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 təhvil verilməsi, cavabdeh tərəfindən 106.3 kvm-dən ibarət olan evin, həmçinin 0.0491 ha torpaq sahəsinin giriş-çıxış dəmir qapıların açarlarının bir nüsxəsini İddiaçı1 təhvil verilməsi, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınıb iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0.1491 ha torpaq sahəsi yerləşir və həmin torpaq sahəsində 106.3 kvm sahəsindən ibarət olan ev İddiaçı1 xüsusi mülkiyyətindədir. İddiaçı1 mülkiyyətində olan 0.1491 ha torpaq sahəsinin bir hissəsini, yəni, 0.02 ha torpaq sahəsini İddiaçı2, 0.02 ha torpaq sahəsini İddiaçı3, 0.04 ha torpaq sahəsini İddiaçı4, 0.02 ha torpaq sahəsini iddiaçı X1 bağışlamışdır. Bağışlama müqaviləsi əsasında xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın reyestr **********240-10301 nömrəli çıxarış verilmişdir. Hazırda ünvan 2 ünvanında yerləşən 0.0491 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində 106.3 kvm ev İddiaçı1 mülkiyyətindədir. Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı1 sözügedən evinə köçmüş və orada yaşamışdılar. Lakin cavabdeh qayınanası İddiaçı1 evin, həmçinin həyətin giriş-çıxış dəmir qapılarının açarlarını verməmiş, nəticə etibarı ilə cavabdeh İddiaçı1 mülkiyyət hüququndan məhrum etmişdir. Bundan başqa Cavabdeh 106.3 kv.m sahədən ibarət olan evi yox, həmçinin bütövlükdə 0.1491 ha torpaq sahəsini öz xüsusi mülkiyyəti kimi hesab edərək, orada müxtəlif vaxtlarda tikinti və qurğu işləri aparmış, müəyyən bitkilər becərməklə qazanc əldə edərək torpağı zəbt etmişdir və heç bir iddaçını həmin torpaq sahəsinə girişinə imkan verməmişdir. Daimi həyətin giriş-çıxış dəmir qapılarını bağlı saxlamışdır. Bununla bağlı dəfələrlə həm şifahi, həm də yazılı cavabdehə xəbərdalıq edilmişdir. Amma cavabdeh öz qanunsuz əməllərinədən əl çəkməmişdir. Hətta bununla bağlı Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna şikayət edilmişdir. Nəticə etibarı ilə Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin baş təhqiqatçısı polis mayoru, X4 tərəfindən HK-1/729 saylı qeydə alınmış material üzrə 22 aprel 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda şikayətçiyə mülki mühakimə icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı1 tərəfindən Cavabdeh yalnız ünvan 1 ünvanında yerləşən, 106.3 kvm sahədən ibarət olan evə istifadə hüququ verilmişdir. Amma cavabdehə hazırda iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 məxsus, ümumilikdə olan 0.10 ha torpaq sahəsindən istifadə edilməsinə razılıq verilməmişdir. Sözügedən torpaq sahəsinin iki tərəfdən giriş çıxış üçün dəmir qapılar var. O cümlədən birinci dəmir qapı 0.10 ha torpaq sahəsinə aiddir, ikinci dəmir qapı isə 0.0491 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində 106.3 kvmdən ibarət olan evə aiddir. Yəni bir ünvanda yerləşən topağın iki torpağın ayrı-ayrı girişçıxış üçün dəmir qapıları var. Hər iki dəmir qapıların açarları cavabdehdə saxlanılır. Cavabdeh sui-istifadə edərək, mülkiyyətçilərin mülkiyyət hüquqlarından məhrum edərək, qanunsuz olaraq 0.1491 ha torpaq sahəsini zəbt etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı5 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmərək bildirmişdir ki, qeyd edilmiş ev və torpaq sahəsi iddiaçıların adına olsada əslində onlara məxsusdur, boş torpaq sahəsində isə onun tərəfindən əkin biçin işləri ilə məşğuldur. Əgər o həmin torpaq sahəsindən çıxarılsa o dolana bilməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki işə digər iddiaçılar olan İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə yazılı izahatla məhkəməyə müraciət edərək bildirmişdir ki, o X7 ilə 1991-ci ildə rəsmi nikaha daxil olmuş, elə o vaxtdan da ümumi təsərrüfatı birgə idarə etməklə birlikdə yaşayırlar. Bu nikahdan iki övladı, xx.xx.1994-cü il təvəllüdlü Sadıqova (Qasımzadə) Nərmin Natiq qızı və xx.xx.1997-ci il təvəllüdlü X8 olmuşdur. Həyat yoldaşı İİ qrup əlil-əqli inkişafı zəif olan ruhi xəstədir. İddiaçı X5 oğlunun ruhi xəstə olmasını onların ailədən gizlətmiş və o bu barədə yalnız toy gecəsi bilmişdir. Həyat yoldaşının atası Sadıqov Faiq «Bakı Kondisioneri» zavodunda işlədiyi dövrdə Bakı şəhəri, Atatürk prospekti 39 ünvanında 5 otaqlı mənzil almışdı. Mənzili onlara verdiyi üçün o həmin mənzilə gəlin gəlmişdir. Qaynatası gah onunla, gah da Maştağa qəsəbəsindəki həyət evində yaşayırdı. 05 yanvar 1992-ci il tarixdə qaynatası Sadıqov Faiq vəfat edir. Cavabdeh, onun qaynanası, X5 onların iradəsinə zidd olaraq 1994-cü ildə Bakı şəhəri, Atatürk prospekti 39 ünvanında 5 otaqlı mənzili 20000 (iyirmi min) ABŞ dollarına sataraq pulu övladları arasında bölmüşdür. Onlara pul verməmiş və 3500 (üç min büş yüz) ABŞ dollarına Əhmədli qəsəbəsində, M.Rüstəmov küçəsi, ev 9, mənzil 79 ünvanında 3 otaqlı ev almışdır. Evi nə onun, nə də ki, həyat yoldaşının adına deyil, oğlu İddiaçı4 adına rəsmiləşdirdi. Halbuki, Namiqin də, digər qardaşı Elçinin də Maştağa qəsəbəsində evləri var. Qeyd etdiyi kimi, həyat yoldaşı ruhi xəstə olduğu üçün Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi xəstəxanada müalicə alırdı. Cavabdeh bunu bəhanə edərək 1998-ci ilin avqustunda Əhmədlidəki evi 12000 (on iki min) ABŞ dollarına satıb ona, Maştağada ev almaq üçün 32000000 (otuz iki milyon) AZN manat (el dili ilə desək 32 paçka şirvan), yəni 8000 (cəkkiz min) ABŞ dolları verdi. Ev alana qədər, iki azyaşlı uşaq ilə kirayədə yaşamışdır. Nəhayət cavabdeh onun üçün Maştağa qəsəbəsində 8000 (cəkkiz min) ABŞ dollar qiymətinə ev tapdığını bildirdi. Hal-hazırda yaşadığı evi Akif adında ev sahibindən 8000 (səkkiz min)ABŞ dollarına almışdır. Alqı-satqı zamanı evi ya onun, ya da ki, həyat yoldaşının adına rəsmiləşdirmək istəmiş, lakin alqı-satqıya gedərkən avtomobildə müəmmallı şəkildə onların pasportları itirildi və bu səbəbdən cavabdeh evi öz adına rəsmiləşdirdi. Halbuki, evin pulunu o vermişdir. Bundan əlavə, cavabdeh onlardan başqa bütün ailə üzvlərini onun yaşadığı evə daimi pasport qeydiyyatına saldı. 10 sentyabr 2004-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1224/2004 saylı qətnaməsi əsasında ailəsi ilə birlikdə evə yaşayış hüququ tanınmışdır. Aldıqları 3 otaqlı həyət evi verilən məbləğə uyğun deyildi. O evin 5000 (beş min) ABŞ dollarına alındığını biləndə cavabdehdən pulun qalığını tələb etmişdir. Cavabdeh onu evdən çıxaracağı ilə hədələyərək pulu verməkdən imtina etdi. Pul əvəzi olaraq ona 1 inək aldılar ki, südünü satıb ailəsini dolandırsın. Qardaşının köməkliyi ilə həyətdə tövlə tikmişdir. İnəyi oğurlanmışdır. Atası bir dana bağışlamışdır. Dananı isə qaynı Elçin aparmışdır. Qaynı Elçinin evi yandı. Cavabdeh, Elçinin evinin təmiri üçün onun torpaq payından 0.7 ha hissəsinin satılmasını tələb etdi. Həyətin 0.7 ha hissəsini 21000 (iyirmi bir min) manata sataraq, ona 4000 (dörd min) manat verdi. Evin mətbəxini, hamamını və zalını qardaşının köməkliyi ilə o tikdirmişdir. Həmin pulla qızını gəlin köçürtmüşdür. 25 sentyabr 2015-ci il tarixdə 18 yaşlı oğlu Sadıqov Faiq avtomobil qəzasında faciəvi surətdə vəfat etmişdir. Cavabdehin ona qarşı münasibəti daha da kəskinləşmişdir. Oğlunun il mərasimindən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmiş və notarial xərclər üçün 700 (yeddi yüz) manat pul istəmişdir. Borc-xərc edib 700 manatı ona verib notariusa getmişdir. Yolda “bu ev ata ocağıdır, hamının burda payı var” deyərək fikrindən dönmüşdür. 700 manatı tələb edəndə, oğluna yaxşı baxmadığını bəhanə edərək, yenə də onu evdən çıxaracağı ilə hədələmişdir. Maştağadakı bütün maklerlərə evin satılmasını elan etmişdir. 20 ildən artıqdır ki, o bu evdə yaşayır və bütün komunal xərcləri o ödəyir. Təri ilə, dırnağı ilə ailəsinə yuva qurmuşdur. Həyətinin əncirini, üzümünü, üzüm yarpaqlarını sataraq, başqalarının evində təmizlik işləri apararaq, hambalçılıq edərək, öz halal zəhməti ilə ailəsini saxlamışdır. Qaynatası vəfat edəndən sonra həyat yoldaşının qohumları tərəfindən ona nəinki köməklik edilməyib, hətta onu aldadaraq pulunu, malını mənimsəmişdir. X6, Əliyev Hilal, Məmmədov Azər, hətta evin əvvəlki sahibi Akif də qeyd etdiklərini, onun haqlı olduğunu təsdiqləmişdir. Bundan əlavə, adətən kənd yerlərində oğullar bir-birinin malına göz dikmişdilər. Qızlar isə gəlin getdikdən sonra ər evindən yalnız kəfənlə çıxırlar. İddiaçı X5 hal-hazırda anlaqsız olduğundan ərlərindən ayrılmış qızları, onun baldızları saxta yollarla onun əmlakını ondan almaq istəyirlər. O bilir ki, onlar onun istifadə etdiyi torpaq sahəsini satacaqlar. Necə ki, rəhmətlik qaynatası qızlarına bağ sahələri bağışlamış və onlar həmin torpaq sahələrini sataraq gözəl, təm-taraqlı həyat yaşamışlar. Hal-hazırda pulları tükənmiş və onun 24 il ərzində tikib yaratdığı evə və torpaq sahəsinə göz dikiblər. İddiaçı X2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0491 ha olan torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1, 0.02 ha olan hissəsi İddiaçı2, 0.02 ha olan hissəsi İddiaçı3, 0.04 ha olan hissəsi İddiaçı4, 0.02 ha olan hissəsi isə İddiaçı5 mülkiyyətindədir. - 22 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarın surətindən görünür ki, vətəndaş İddiaçı1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. - 22 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarın surətindən görünür ki, İddiaçı1 oğlu şikayətində bildirmişdir ki, xx.xx.2018-ci ıi tanxlı senya RX ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən 0.1491 HA torpaq sahəsi və həmin torpaq sahəsində 106.3 kv-m sahəsindən ibarət olan ev İddiaçı1 xüsusi mülkiyyətindədir. Lakin barəsində şikayət olunan Cavabdeh qayınanası İddiaçı1 ilə eyni yəni ünvan 1 ünvanda yaşayır. Belə ki, R,C,Sadıqovanın oğlu, yəni Cavabdeh əri Natiq Sadıqov psixoloji xəstədir və ətrafında baş verən hadisələrə münasibət bildirə bilmir, bu səbəbdən də Natiq Sadıqov arvadı Cavabdeh qanunsuz hərəkətlərini dərk etmir. Belə ki, təxminən 2018-ci ildən Cavabdeh yaşadığı və İddiaçı1 xüsusi mülkiyyətində olan 0.1491 ha torpaq sahəsini bütövlüklə zəbt edərək özbaşına qurğular quraşdıraraq heç bir razılıq olmadan tikinti işi aparmış, torpaq sahəsində yer altı quyu inşa etmiş eyni zamanda becərmə işlərini görərək özü üçün şəxsi təsərrüfat qurmuşdur. Bundan əlavə Cavabdeh torpaq sahəsinin giriş-çıxış dəmir darvazasını bağlı saxlamış və açarlarını mülkiyyətçiyə verməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7084 saylı xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, 10/8693 nömrəli imtina məktublarından görünür ki, cavabdeh tərəfindən torpağa baxış keçirilməsinə mane yaradıldığından tikinti-texniki ekspertizası aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-6179/2023-**********79 nömrəli məktubdan görünür ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından tədqiqat obyektinə baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 0.1491 ha olan torpaq sahəsinin iddiaçıların paylı mülkiyyətindədir. ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 106.30 kv.m olan fərdi yaşayış evi isə yalnız İddiaçı1 mülkiyyətindədir. Məhkəmə iclası zamanı habelə tərəflərin vermiş olduğu izahatdan oda məlum olduki, paylı mülkiyyətçi olan İddiaçı1 məxsus olan 0.0491 ha torpaq sahəsi və onun üzrəində yerləşən evi digər payçıların torpaq sahəsindən dəmir qapı vaistəsi ilə ayrılmışdır. Paylı mülkiyyətçilərdən olan İddiaçı1 onun pay hissəsində olan torpaq sahəsinə və ferdi yaşayış evində cavabdehin daxil olmasına, həmin evdən və torpaq sahəsindən istifadə etməsinə hər hansı bir etirazı olmasa da, lakin digər paylçılar onların payına düşən torpaq sahəsinə cavabdehin onların icazəsi olmadan daxil olmasına və ondan istifadə etməsinə razı olmadığları halda, Cavabdeh ilk öncə İddiaçı1 məxsus olan evə və torpaq sahəsinə daxil olduğdan sonra həmin evin və torpaq sahəsinin giriş çıxış qapısının açarlarına götürüərək mülkiyyətçi İddiaçı1 qızına verməmiş, İddiaçı1 öz mülkiyyətində olan evə və torpaq sahəsinə daxil olmasına maneə yaratmışdır. Bundan sonra digər paylı mülkiyyətçilərində torpaq sahəsinə daxil olaraq həmin torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olaraq paylı mülkiyyətçilərin paylarından qanunsuz istifadə edərək, həmin hissəyə giriş üçün açarları götürmüş, iddiaçıların öz mülkiyyələrindən olan torpaq sahəsinə girişinə manə yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ilkin hissədə təmin edilməli, ünvan 1 ünvanında yerləşən İddiaçı2 məxsus olan 0.02 ha torpaq sahəsindən, İddiaçı3 məxsus olan 0.02 ha torpaq sahəsi, İddiaçı4 məxsus olan 0.04 ha torpaq sahəsi, iddiaçı X1 məxsus olan 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılıraq həmin ərazidən çıxarılmalı və Cavabdeh sözü gedən əraziyə qanunsuz daxil olması qadağan edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ümumilikdə 0.10 ha olan torpaq sahəsinin giriş-çıxış dəmir qapının açarlarını iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəməiclası zamamı müyyən edildiki, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 məxsus olan torpaq sahəsinin giriş qapısının açarı cavabdehdə olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdeh tərəfindən 106.3 kvm-dən ibarət olan evin, həmçinin 0.0491 ha torpaq sahəsinin giriş-çıxış dəmir qapıların açarlarının bir nüsxəsini İddiaçı1 təhvil verilməsi hissəsinə münasibət bidirərək qeyd edir ki, cavabdeh sözügedən əvə və torpaq sahəsinə giriş çıxış qapısının açarını mülkiyyətçiyə vermədiyindən iddia tələbi bu hissədədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin İddiaçı2 məxsus olan 0.02 ha torpaq sahəsində, İddiaçı3 məxsus olan 0.02 ha torpaq sahəsində, İddiaçı4 məxsus olan 0.04 ha torpaq sahəsində, iddiaçı X1 məxsus olan 0.02 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikiti və qurğu işləri onun tərəfindən sökülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar onların paylı mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikinti və qurğu işlərinin aparılmış olduğununu təsdiq edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınıb iddiaçıların xeyrinə ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu dövürdə (xx.xx.2021) hazırki mübahisə üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 10 manat olduğundan iddia tələbi bu hisədə qismən təmin edilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı2 məxsus olan 0.02 ha torpaq sahəsi, İddiaçı3 məxsus olan 0.02 ha torpaq sahəsi, İddiaçı4 məxsus olan 0.04 ha torpaq sahəsi, iddiaçı X1 məxsus olan 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılıraq həmin ərazidən çıxarılsın və Cavabdeh sözügedən torpaq sahəsinə qanunsuz daxil olması qadağan edilsin. Cavabdeh tərəfindən ümumilikdə 0.10 ha olan torpaq sahəsinin giriş-çıxış dəmir qapının açarlarını iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 təhvil verilsin. Cavabdeh tərəfindən 106.3 kvm-dən ibarət olan evin, həmçinin 0.0491 ha torpaq sahəsinin giriş-çıxış dəmir qapıların açarlarının bir nüsxəsin İddiaçı1 təhvil verilsin. 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılara ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver