Məhkəmə qərarları › İş №2(008)-279/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-279/2021

03.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-279/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 28.07.1976-cı il təvəllüdlü Bala-zadə Kamran Fərhad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı Bala-zadə Kamran Fərhad 28.07.1976cı ildə tarixdə doğulmuşdur. Qardaşı psixi cəhətdən normal doğulmuş, lakin sonradan 18 yaşından sonra onda psixi xəıstəlik yaranmış, bunun nəticəsində 2018-ci ildən «Şizofreniya paranoid forma» xəstəliyindən əziyyət çəkir. Xəstəliyi onun özü və ətrafdakıları üçün təhlukəlidir. Xəstəliyi ilə 2-ci qrup əlildir. Həmin diaqnoz ilə psixiatrın qeydiyyatındadır. Bununla yanaşı Qardaşı Kamranın səhhəti günü-gündən ağırlaşır. Halhazırda ətrafdakıların yardımına və himayəsinə ehtiyacı vardır. Yaddaşının zəifləməsi və aqressivlik və s. Hallarla əlaqədar sərbəst şəkildə hərəkət etmək və özünə zəruri olan hərəkətləri icra etmək və onları idarə etmək imkanından məhrumdur. Özü-öz hərəkətlərini sərbəst şəkildə dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrumdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəblu edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X3 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İV-JQ seriya 366393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Bala-zadə Kamran Fərhad oğlu 28.07.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası Bala-zadə Fərhad Hüseyn oğlu və anası X7 qızıdır. İş materiallarında olan Stasionar (Ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Bala-zadə Kamran Fərhad oğluna «Şizofreniya paranoid forma» diaqnozu qoyulmuşdur. Sabunçu rayon məhkəməsinin 05.11.2020-cu il tarixli qərardadına əsasən 28.07.1976-cı il təvəllüdlü Bala-zadə Kamran Fərhad oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 tərəfindən verilmiş 27.02.2021-ci il tarixli 576 №-li rəyindən görünür ki, Balazadə Kamran Fərhad oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, xroniki psixi xəstəliklə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 28.07.1976-cı il təvəllüdlü Bala-zadə Kamran Fərhad oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, xroniki psixi xəstəliklə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 28.07.1976-cı il təvəllüdlü Bala-zadə Kamran Fərhad oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 28.07.1976-cı il təvəllüdlü Bala-zadə Kamran Fərhad oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə 28.07.1976-cı il təvəllüdlü Bala-zadə Kamran Fərhad oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar