Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3058/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı Cavabdeh qarşı maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri 1 saylı Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi olmaqla “mənzildən həbsin götürülməsi, alqı-satqı müqaviləsinin bağışlanmış hesab edilməsi və çıxarışın verilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri 1 saylı Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi olmaqla «mənzildən həbsin götürülməsi, alqı-satqı müqaviləsinin bağışlanmış hesab edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsinin xahiş etdim hisssəsində nəzərdə tutulan “alqı-satqı müqavilsəinin bağlanmış hesab edilməsi, mənzilə dair çıxarışın verilməsi” tələbinə dair hissə iddia icraatı qaydasında baxılmalı olduğu halda, “Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-755/2019 saylı qərardadının ləğv edib, mənə məxsus Bakı şəhəri Sabunçu rayonu, Əli Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin bir hissəsinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilin və 1-ci mərtəbə, 77.0 kv.m, 2 otaq, 2 saylı mənzilin üzərinə qoyulmuş həbsi götürmək” tələbinə dair hissə isə məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icra materialı kimi baxılmalıdır, yəni Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-755/2019 saylı qərardadının ləğv edilib və əmlakın üzərinə qoyuluş həbsi götürülməsi tələbinə baxılması üçün ayrıca şəkilində ərizə və ya şikayət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri 1 saylı Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi olmaqla “mənzildən həbsin götürülməsi, alqı-satqı müqaviləsinin bağışlanmış hesab edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunur ki iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3058/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3058/2021
17.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver