Məhkəmə qərarları › İş №2(008)-3206/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3206/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3206/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, Ərizəçi X4 İ.B-nin Maraqlı şəxsnə olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi X4 İ.B-nin Maraqlı şəxsnə olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx xxxx 2013-cü il tarixdə doğulması faktı müəyyən edilməsi, doğum akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X6, ata qrafasında X7, soyad qrafasında İsmayılov qeyd edilməklə bu barədə müvafiq şəhadətnamənin verilməsi və X3 xx xxxxxxxx 2011-ci il tarixdə doğulması faktının müəyyən edilməsi, doğum akt qeydində doğulduğu akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X6, ata qrafasında X7, soyad qrafasında İsmayılov qeyd edilməklə bu barədə müvafiq şəhadətnamənin verilməsinin Bakı şəhəri Qeydiyyat Şöbəsinə həvalə edilməsi barəqə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışın surətindən görünür ki, Ərizəçi X4 İctimai Birliyinin hüquqi ünvanı ünvan 1 məhkəmə hesab edir ki, ərizəçinin hüquqi ünvanı ünvan 2 mənzil 43 olduğundan hazırki iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Hazırki iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi X4 İ.B-nin Maraqlı şəxsnə olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar