Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3223/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölümün qeyd edilmə faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölümün qeyd edilmə faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.07.1978-ci il təvəllüdlü X1 07.03.2021-ci il tarixində yaşadığı Bakı şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X3 16.07.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdu. O, ərizəçi ilə birlikdə onun evində yaşayırdı. Son vaxtlar qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkirdi və 2-ci qrup əlil idi. Mütəmadi olaraq xəstəliyə qarşı müalicələr alırdı. 07.03.2021-ci ildə xəstənin səhhəti qəfil pisləşdi. Həmin vaxt təcili tibbi yardıma zəng vurulmasına baxmayaraq həkim gələnə kimi xəstə vəfat etmişdir. Həkimə vaxtında müraciət edilmədiyindən ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı asan xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət edilsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 16.07.1978-ci il tarixdə anadan olmuşdur. -Lenin Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş V-ЖГ № 424638 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16.07.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Hüseynbala Nurəli oğlu, anası X4r. - АЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Hüseynbala Nurəli oğlu, anası X4r. - 4 saylı Bakı Asan xidmət X7 tərəfindən verilmiş 19.03.2021-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Təcili və X5 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlı vərəqəsindən görünür ki, 07.03.2021-ci iltarixdə ünvan 1 ünvana çağırışa gələn zaman həmin ünvanda X2 məxsus meyid aşkar edilmişdir. - Bakı şəhər Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli arayışdan görünür ki, X3 07.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda qardaşı Ərizəçi maddi vəsaiti hesabına dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ölümün qeyd edilmə faktı o halda müəyyən edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamış olsun və onların bərpası ( vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və s. nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün olmasın. Məhkəmə qeyd edir ki, istinad olunan hüquq normasının dispozisiyasından göründüyü kimi, qanunverici ölümün qeyd edilmə faktının müəyyən edilməsini onun vətəndaşlıq vəziyyəri aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər aparılması ilə şərtləndirir. Belə ki, ölümün qeyd olunma faktının müəyyən olunması üçün dövlət qeydiyyat orqanlarında müvafiq qeyd saxlanmamış olmalıdır. Hazırki tələbdə isə ümumiyyətlə ölüm qeyd edilməsi barədə müvafiq qeyd aparılmamışdır. Belə olan halda X1 Bakı şəhərində ölümünün qeyd edilməsi faktı müəyyən edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “16.07.1978-ci il təvəllüdlü X1 07.03.2021-ci il tarixində yaşadığı Bakı şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3223/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3223/2021
07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver