Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3308/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sabunçu rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı Kreditor "Kreditor" MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi barədə ərizəsinə məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "Kreditor" MMC Borclu qarşı borclu xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş Borclu 595,04 manat əsas borcun və 20 manat dövlət rüsumunun, 40 qəpik bank xidmət haqqının, cəmi 615,44 manat məbləğində borcun "Kreditor" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməldir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilələrdən görünür ki, Borclu ilə alqı-satqı müqavilələri iş üzrə kreditor "Kreditor" MMC ilə deyil, «Elektrolux» («Elektrolux»- 2) ilə bağlanmışdır. "Kreditor" MMC ilə «Elektrolux» («Elektrolux»-2) əlaqəsinin olmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinin mənasına görə məhkəmə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor "Kreditor" MMC-nin Borclu qarşı əmrin verilməsi barədə ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3308/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3308/2021
06.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver