Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-372/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh Babayeva (Zeynalova) Qəmər İltifat qızına qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 12.10.2007-ci il tarixdə doğulmuş X5 və 23.10.2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 340 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12.03.2008-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları doğulmuş Nihad və Nəzrin. 30.01.2014-cü il tarixdə aralarındakı nikah pozulmuş, uşaqlar analarının himayəsinə verilmişlər. Sabunçu rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi hər iki uşaq atalarının himayəsinə verilmişdir. Cavabdeh onların saxlanması üçün maddi və mənəvi köməklik etmir, valideynlik vəzifələrini icra etməkdən yayınır. Cavabdeh nikahın pozulmasından sonra soyadanı «Babayeva» soyadına dəyişdirldiyindən məhkəmə cavabdehi «X8» qızı ilə əvəz etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, hazırda aliment məbləğinin 175 manat olduğunu bildiyini və iddia tələbini artırmaq niyyətində olmadığını qeyd etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək qeyd etdi ki, cavabdehin hazırda azyaşlı uşağı var, bir uşaq da yaxınlarda olmalıdır, o, nəinki işləmir, hazırda əmək qabilliyyətli belə deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30.01.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, 12.10.2007-ci il tarixdə doğulmuş X5 və 23.10.2009-cu il tarixdə doğulmuş X3 analarının himayəsinə verilməsi, hər uşağa görə 103 manat alimentin tutulması qət edilmişdir. Sonradan İddiaçı keçmiş arvadı Qəmərə qarşı iddia qaldırmış, Sabunçu rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi hər iki uşaq atanın himayəsinə verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh 2018-ci ildə uşaqlarını və evini tərk edərək getmiş, harda olması barədə məlumat olmamış, bununla da o, öz valideynlik borcunu yerinə yetirməmişdir. Hazırda Qəmər subay olsa da, onun 26.03.2020-ci il tarixdə X7 adında uşağı doğulmuşdur. Hamiləliyi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı məhkəməyə 21.05.2020-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı hər uşağa 170 manat məbləğində alimentin tutulmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci madəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Our ki, məhkəmə cavabdehin yanındakı uşağın bir yaşında olmasını, onu təkbaşına böyütməsini nəzərə alarıq aliment məbəğinin hər uşaq üçün 50 manat, ümumi 100 manat məbləğində tutulmasını ədalətli hesab edir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. 12.10.2007-ci il tarixdə doğulmuş X5 və 23.10.2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 21.05.2020-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 50 manat, ümumilikdə 100 manat aliment X1 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-372/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-372/2021
08.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver