Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3857/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.08.2019-cu il tarixli müqaviləyə əsasən 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, 20.04.2019-cu il tarixli müqaviləyə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, 10.09.2019-cu il tarixli müqaviləyə əsasən 134 (bir yüz otuz dörd) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 72 (yetmiş iki manat) dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 392 (üç yüz doxsan iki manat ödənilməmiş hissə, 117 (bir yüz on yeddi) manat dəbbə pulu, 20.02.2020-ci il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 97.4 (doxsan yeddi manat, qırx qəpik) dəbbə pulu olmaqla, cəmi 2457 (iki min dörd yüz əlli yeddi) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 11.08.2019-cu il, 20.04.2019-cu il, 10.09.2019-cu il, 18.09.2019-cu il, 28.10.2019-cu il, 03.11.2019-cu il, 20.02.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, HOFFMANN LED televizor, İMEİ Kodu **********67561 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********47261 olan Samsung Galaxy A10 markalı telefon, İMEİ Kodu **********91675 olan Samsung Galaxy A10 markalı telefon, İMEİ Kodu **********96584 olan Samsung Galaxy A10 markalı telefon, LG musiqi mərkəzi, X5, İMEİ Kodu **********11331 olan Samsung Galaxy A01 markalı telefon almış və nəticədə 2457 (iki min dörd yüz əlli yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 457 (dörd yüz əlli yeddi) manat (11 ay x 41 manat + 6 manat ilkin ödəniş) olan HOFFMANN LED televizor üçün ümumilikdə, 266 (iki yüz altmış altı) manat olmaqla ondan 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, 20.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 898 (səkkiz yüz doxsan səkkiz) manat (16 ay x 56 manat + 2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********67561 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 364 (üç yüz altmış dörd) manat olmaqla ondan 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, 10.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 314 (üç yüz on dörd) manat (12 ay x 22 manat + 50 manat ilkin ödəniş) olan İMEİ Kodu **********47261 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 173 (yüz yetmiş üç) manat olmaqla, ondan 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, 18.09.2019-cu cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 420 (dörd yiiz iyirmi) manat (20 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********91675 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 362 (üç yüz altmış iki) manat olmaqla, ondan 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********96584 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 352 (üç yüz əlli iki) manat olmaqla ondan 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan LG musiqi mərkəzi, X5 üçün ümumilikdə, 509 (beş yüz doqquz) manat olmaqla ondan 392 (üç yüz doxsan iki) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat dəbbə pulu, 20.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat (12 ay x 27 manat 80 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********11331 olan Samsung Galaxy A 01 markalı telefon üçün ümumilikdə, 431 (dörd yüz otuz bir) manat olmaqla ondan 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 97.4 (doxsan yeddi manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1453 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, məhkəmə qərarından sonra ödənişlər edəcəyini bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -İş materiallarında olan «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 11.08.2019cu il tarixli 00838616 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Hoffmann Led televizor almışdır. -11.08.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Hoffmann Led televizor təhvil almışdır. -11.08.2019-cu il tarixli 00838616saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 41 manat müəyyən edilmişdir. -Belə ki, iş materiallarında olan «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 20.04.2019-cu il tarixli 00621694 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İMEİ Kodu **********67561 olan Samsung Galaxy A 50 markalı telefon almışdır. -20.04.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********67561 olan Samsung Galaxy A 50 markalı telefonu təhvil almışdır. -20.04.2019-cu il tarixli 00621694 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 56 manat müəyyən edilmişdir. -«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli 00903333 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İMEİ Kodu **********44897 olan Samsung Galaxy A 10 markalı telefon almışdır. -10.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********47261olan Samsung Galaxy A 10 markalı telefonu təhvil almışdır. - 10.09.2019-cu il tarixli 00903333 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 22 manat müəyyən edilmişdir. -«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli 00921859 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İMEİ Kodu **********91675 olan Samsung Galaxy A 10 markalı telefon almışdır. -18.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********91675 olan Samsung Galaxy A 10 markalı telefonu təhvil almışdır. -18.09.2019-cu il tarixli 00921859 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqqavilə üzrə aylıq ödəniş 21 manat təşkil edir. -«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixli 01012066 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İMEİ Kodu **********396584 olan Samsung Galaxy A 10 markalı telefon almışdır. -28.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********396584 olan Samsung Galaxy A 10 markalı telefonu təhvil almışdır. -28.10.2019-cu il tarixli 01012066 saylı alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 20 manat təşkil edir. -«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 03.11.2019-cu il tarixli 01025120 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh LG musiqi mərkəzi, Mİ Power Bank almışdır. -03.11.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LG musiqi mərkəzi, Mİ Power Bankı təhvil almışdır. -03.11.2019-cu il tarixli 01025120 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 49 manat müəyyən edilmişdir. -«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 20.02.2020-ci il tarixli 20117221 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İMEİ Kodu **********11331 olan Samsung Galaxy A 01 markalı telefon almışdır. -20.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********11331 olan Samsung Galaxy A 01 markalı telefonu təhvil almışdır. -20.02.2020-ci il tarixli 20117221 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 27.8 manat müəyyən edilmişdir. -İş materiallarına əlave edilmiş pretenziya məktublarından görünür ki, сavabdeh 11.08.2019-cu il, 10.09.2019-cu il, 20.04.2019-cu il, 1809.20149-cu il, 28.10.2019-cu il, 03.11.2019-cu il, 20.02.2019-cu il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 23 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.08.2019-cu il tarixli müqaviləyə əsasən 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, 20.04.2019-cu il tarixli müqaviləyə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, 10.09.2019-cu il tarixli müqaviləyə əsasən 134 (bir yüz otuz dörd) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 72 (yetmiş iki manat) dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 392 (üç yüz doxsan iki manat ödənilməmiş hissə, 117 (bir yüz on yeddi) manat dəbbə pulu, 20.02.2020-ci il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 97.4 (doxsan yeddi manat, qırx qəpik) dəbbə pulu olmaqla, cəmi 2457 (iki min dörd yüz əlli yeddi) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11.08.2019-cu il tarixli müqaviləyə əsasən 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 61 (almış bir) manat dəbbə pulu, 20.04.2019-cu il tarixli müqaviləyə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, 10.09.2019cu il tarixli müqaviləyə əsasən 134 (bir yüz otuz dörd)manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 72 (yetmiş iki manat) dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 392 (üç yüz doxsan iki manat ödənilməmiş hissə, 117 (bir yüz on yeddi) manat dəbbə pulu, 20.02.2020-ci il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməımiş hissə, 97.4 (doxsan yeddi manat, qırx qəpik) dəbbə pulu olmaqla, cəmi 2457 (iki min dörd yüz əlli yeddi) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 11.08.2019-cu il tarixli müqaviləyə əsasən 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 61 (almış bir) manat dəbbə pulu, 20.04.2019-cu il tarixli müqaviləyə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, 10.09.2019-cu il tarixli müqaviləyə əsasən 134 (bir yüz otuz dörd)manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 72 (yetmiş iki manat) dəbbə pulu, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 392 (üç yüz doxsan iki manat ödənilməmiş hissə, 117 (bir yüz on yeddi) manat dəbbə pulu, 20.02.2020-ci il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, altmış qəpik) manat ödənilməımiş hissə, 97.4 (doxsan yeddi manat, qırx qəpik) dəbbə pulu olmaqla, cəmi 2457 (iki min dörd yüz əlli yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3857/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3857/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver