Məhkəmə qərarları › İş №2(009)-1014/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1014/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1014/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, cavabdehin ünvanı ünvan 1 kimi göstərilmişdir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Belə olan halda iddiaçı iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Yasamal rayon Məhkəməsinə müraciə etməli idi. Digər tərəfdən iddiaçı özü Nəsimi rayonunda qeydiyyatdadır və onun tərəfindən irəli sürülmüş iddia seçim aidiyyəti üzrə ərazi məhkəməsini seçmək hüququ verən tələblər sırasına aid deyil. Belə ki, iddia ərizəsindən və iş materiallarında olan hökmdən görünür ki, cavabdeh iddiaçının əmlakını gizli yolla talamış və ona maddi ziyan vurmuşdur. Bu əməlinə görə cavabdeh xx.xx.2021ci il tarixli hökmlə cinayət məsuliyyətinə cəlb edilmişdir və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Hakim qeyd edir ki, oğurluq hadisəsi iddiaçıya məxsus və Səbail rayonunda yerləşən mənzildə baş versə də və maddi ziyan həmin mənzildə yerləşən məişət avadanlıqlarının gizli yolla talanması yolu ilə vurulsa da, həmin ziyanla bağlı iddia AR MPM-nin 36.7-ci maddəsinə görə seçim aidiyyətinə görə verilə bilməz. Belə ki, AR MPM-nin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Qanunun yuxarıda göstərilən tələbinə əsasən o şəxs əmlakına vurulmuş ziyana görə öz yaşayış yeri üzrə iddia qaldıra bilər ki, həmin şəxsə ziyan onun özünün qanunsuz olaraq məhkum edilməsi, cinayət məsuliyyətinə cəlb edilməsi, qətimkan tədbiri kimi həbsə alınması, başqa yerə getməmək haqqında iltizam alınması, yaxud həbs şəklində inzibati tənbeh verilməsi nəticəsində vurulsun. Lakin iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs olduğu üçün, onun əmlakına vurulmuş ziyanla bağlı iddia AR MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması verildiyindən geri qaytarılmalıdır . Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar