Məhkəmə qərarları › İş №2(009)-1202/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1202/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1202/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(009)-1528/2018 saylı qətnaməsi ilə 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində tutulan 160 manat alimentin həcminin artırılaraq, hər ay 175 manat sabit məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 1274/2015 saylı qətnaməsi ilə onunla cavabdeh arasında rəsmiləşdirilmiş nikah pozulmuş, 03.01.2013-cü il təvəvllüdlü X1 onun yanında saxlanılması və uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində aliment tutularaq ona verilməsi qət olunmuşdur. Səbail rayon Məhkəməsinin 2(009)- 5957/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş həmin aliment dəyişdirilərək cavabdehdən 120 manat sabit pul məbləğində alimert tutularaq ona verilməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-1528/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş həmin alimentin miqdarı artırılaraq cavabdehdən 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Belə ki, onun övladı sağlamlıq imkanları məhdud uşaqlar. Uşağının xüsusi qayğıya və müxtəlif həkim müayinələrinə və müalicələrinə ehtiyacı vardır. Nikahları pozulduqdan sonra o, valideynləri ilə birlikdə yaşayır, onlar da yaşlı insanlardır. Övladının müalicəsinə görə onun maddi tələbatını təkbaşına ödəmək onun üçün çox çətindir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 1528/2018 saylı, 18 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli 2(009)-1528/18 saylı qətnaməsi əsasında Cavabdeh 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZE 11831332 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qasımlı Ülkər 03.01.2013-cü ildə anadan olmuş, atası Qasımlı Füzuli, anası İddiaçıdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİİ-JQ 020046 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X3 03 yanvar 2013-cü ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarında olan AZ-İ 219927 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2010 ilin sentyabr ayının 17 günündə 145 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaq X5 qızı iddiaçının himayəsindədir və uşaq saxlanılması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 01.01.2021-ci il tarixli Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 175 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin.. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2018 saylı, 12.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 03.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar