Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1491/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Səbail Rayon MKTB-nin – cavabdehlər Cavabdeh1 Əkbər qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahələrinə görə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Səbail Rayon MKTB – cavabdehlər Cavabdeh1 Əkbər qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahələrinə görə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Əkbər qızından mənzil xidmət haqqı üzrə 27,60 manat, məişət tullantıları üzrə 118,80 manat - cəmi 146,40 manat borcun, Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 manat, məişət tullantılarına görə 43,20 manat - cəmi 80,64 manat borcun, Cavabdeh3 mənzil xidmət haqqına görə 17,28 manat, məişət tullantılarına görə 14,40 manat - cəmi 31,68 manat borcun tutulub Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyini cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqlarının qeydiyyat vəsiqələrinə əsasən yaşadıqları mənzillərin mülkiyyətçiləridirlər və hamısı 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin sakinləridirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135 və 137-ci maddələrinə əsasən fiziki şəxslər yasayış sahəsinə mülkiyyət hüququ əmələ gələn andan yaşayıb yaşamamasından asılı olmayaraq yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödəməli olduğu haqqa yaşayış sahəsinin saxlanmasına, çoxmənzilli binanın idarə edilməsinə, cari və əsaslı təmiri üzrə xidmət və işlərə və kommunal xidmətlərə (məişət tullantılarının daşınmasına) görə ödəmələr daxildir. Həmin Məcəllənin 137.3-cü maddəsində təsbit edilmişdir ki, təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən idarə olunan çoxmənzilli binanın dövlət mənzil fondunun yaşayış sahələrinin kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanmasına və təmiri, habelə kommunal xidmətlərə görə haqqı idarəedici təşkilata (konkret halda - MKİS-nə) ödəyirlər. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138 və 140.3-cü maddələrinə əsasən dövlət mənzil fondunun çoxmənzilli binasının yaşayış sahələrinin kirayəçiləri və mülkiyyətçiləri üçün (əgər sahə mülkiyyətçiləri bu barədə qərar qəbul etməyiblərsə) yaşayış sahəsindən istifadəyə və mənzil-kommunal xidmətlərə görə haqqın miqdarı müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 saylı Qərarına əsasən özəlləşdirilmiş mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı hər bir kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 5 saylı, 24.11.2011-ci il tarixli Qərarına əsasən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 30 qəpik miqdarında tariflər müəyyənləşdirilərək öhdəlik kimi mənzil sahiblərinin üzərinə qoyulmuşdur. Lakin sadalanan bu hüquqi normalara zidd olaraq cavabdehlər istifadə etdikləri yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edirlər. Belə ki, Cavabdeh1 Əkbər qızının 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 27,60 manat, məişət tullantıları üzrə 118,80 manat - cəmi 146,40 manat borcu vardır. Cavabdeh2 08.05.2020-ci il tarixə mənzil haqqı üzrə 37,44 manat, məişət tullantıları üzrə 43,20 manat - cəmi 80,64 manat borcu vardır. Cavabdeh3 08.05.2020-ci il tarixə mənzil haqqı üzrə 17,28 manat, məişət tullantıları üzrə 14,40 manat - cəmi 31,68 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Tarif Şurasının yuxarıda göstərilən Qərarında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərə görə təsdiq edilmiş tariflər imperativ xarakter daşıyır və bütün fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 501-ci maddələrinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn; pul ödəməli, iş görməli və s., kreditorun isə borcludan öhdəlik vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Dəfələrlə cavabdehlərə 9 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, onlar buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişlər. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdehlər bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Onlara xidmət müqaviləsi bağlamasını təklif etdikdə bundan da imtina edirlər, halbuki cavabdehlərlə müqavilə olmadan da onlara MKTB tərəfindən zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Cavabdehlərə qanuna riayət hissini aşılamaq, onların üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 Əkbər qızı, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 191772 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzili 08.05.2004-cü il tarixdə Cavabdeh1 Əkbər qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 163144 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzili 08.10.2003-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzili 10.01.2015-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh1 Əkbər qızına verilmiş 33 nömrəli, 08.05.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzilində Cavabdeh1 Əkbər qızı, X4, Ruslan Fərhad oğlu, Günel Fərhad qızı, X5 və X2 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh2 verilmiş 25 nömrəli, 25.05.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilində Cavabdeh2 və X6 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh3 verilmiş 26 nömrəli, 08.05.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzilində Cavabdeh3 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 15.05.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzilinin sahibi Cavabdeh1 Əkbər qızının mənzil xidmət haqqı üzrə 27,60 manat, məişət tullantıları üzrə 118,80 manat - cəmi 146,40 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 08.05.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilinin sahibi Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 manat, məişət tullantılarına görə 43,20 manat - cəmi 80,64 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 08.05.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzilinin sahibi Cavabdeh3 mənzil xidmət haqqına görə 17,28 manat, məişət tullantılarına görə 14,40 manat - cəmi 31,68 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Səbail rayon MKTB 9 saylı MKİS-ə olan mənzil xidmət haqqı və məişət tullantılarına görə borclarının ödənilməsi barədə xəbərdar olunmuşlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 Əkbər qızı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzilində, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilində və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzilinin mülkiyyətçiləri olmaqla həmin mənzillərdə qeydiyyatdadırlar, onların qeydiyyatda olduqları mənzilə Səbail rayonu MKTB-nin 9 saylı MKİS-si xidmət göstərir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzilinin sahibi Cavabdeh1 Əkbər qızının mənzil xidmət haqqı üzrə 27,60 manat, məişət tullantıları üzrə 118,80 manat - cəmi 146,40 manat borcu, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilinin sahibi Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 manat, məişət tullantılarına görə 43,20 manat - cəmi 80,64 manat borcu, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzilinin sahibi Cavabdeh3 mənzil xidmət haqqına görə 17,28 manat, məişət tullantılarına görə 14,40 manat - cəmi 31,68 manat borcu vardır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehlərə bəxəbdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tuutlması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Həmin Məcəllənin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: - çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 Əkbər qızının 15.05.2020-ci il tarixə, Cavabdeh2 08.05.2020-ci il tarixə, Cavabdeh3 08.05.2020-ci il tarixə qədər olan müddət ərzində mənzil xidməti və məişət tullantıları haqqını ödəmədiklərindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Buna baxmayaraq iddiaçı tərəfindən hal-hazıradək cavabdehlərə xidmət göstərilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması cavabdehlərə təklif olunsa da, cavabdehlər müqavilə bağlamaqdan imtina etmişlər. Lakin iddiaçı tərəfindən cavabdehlərə mülkiyyətlərində olan mənzilə görə xidmət göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 29.09.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzimlənin mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınmasına görə adambaşı ayda 30 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən iddia borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Məhkəmə qeyd edir ki, iddiaçıların mülkiyyətində olan mənzilin yerləşdiyi binaya İddiaçı 9 saylı MKİS tərəfindən xidmət göstərildiyindən, lakin cavabdehlər göstərilən xidmtlə bağlı iddiaçı ilə müqavilə bağlamaqdan imtina etdiklərindən, bununla bağlı, eləcə də xidmət haqqlarının ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yarandığından, həmin müqavilənin bağlanması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Bakı şəhəri Səbail Rayon MKTB-nin – cavabdehlər Cavabdeh1 Əkbər qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahələrinə görə borcun tutulması və müqavilənin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə iddia tələbi yuxarıda qeyd edilən qaydada təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Əkbər qızından mənzil xidmət haqqı üzrə 27,60 (iyirmi yeddi manat altmış qəpik) manat, məişət tullantıları üzrə 118,80 (bir yüz on səkkiz manat səksən qəpik) manat borc olmaqla, cəmi 146,40 (bir yüz qırx altı manat qırx qəpik) manat borc, Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 (otuz yeddi manat qırx dörd qəpik) manat, məişət tullantılarına görə 43,20 (qırx üç manat iyirmi qəpik) manat borc olmaqla, cəmi 80,64 (səksən manat altmış dörd qəpik) manat borc, Cavabdeh3 mənzil xidmət haqqına görə 17,28 (on yeddi manat iyirmi səkkiz qəpik) manat, məişət tullantılarına görə 14,40 (on dörd manat qırx qəpik) manat borc olmaqla, cəmi 31,68 (otuz bir manat altmış səkkiz qəpik) manat borc tutularaq Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə ödənilsin. Cavabdeh1 Əkbər qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzili üzrə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzili üzrə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı üzrə Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsinə dair müqavilənin bağlanması öhdəliyi müvafiq olaraq cavabdehlər Cavabdeh1 Əkbər qızının, Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1491/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1491/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver