Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1498/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı “ alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təqdim etdiyi gündən yetkinlik yaşına çatana kimi 29 iyul 2012-ci il təvəllüdlü X8, 25 yanvar 2015-ci il təvəllüdlü X10 və 11 noyabr 2017-ci il təvəllüdlü X7 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üsün 170 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 11.11.2011-ci il tarixli 580 nömrə ilə Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahları qeydiyyata alınmışdır. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra aralarında bir müddət münasibətləri yaxşı olsa da bir müddətdən sonra isə evdə səbəbsiz münaqişələr yaranmış ona hörmətsizlik göstərmişdir. Cavabdehin başqa qadınla münasibətinin olduğunu bildikdən sonra aralarında münasibət daha da ağırlaşmışdır. Artıq dözə bilmədiyinə görə cavabdehdən ayrılmaq qərarına gəlmişdir. Gələcəkdə cavabdehlə ailə münasibətlərinini bərpa edib, yenidən barışmaları qeyri mümkün olmuşdur.Elə bu məqsədlə də nikahın pozulması barədə Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Səbail Rayon Məhkəməsində 2(009)-281/2020 saylı mülki işə baxaraq 13.03.2020-ci il tarixində nikahın pozulması barədə Cavabdeh ilə onun arasında 11 noyabr 2011-ci il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsində bağlanmış və 580 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilərək qətnamə qəbul edilmişdir. Cavabdehlə birgə nikahlarından 29 iyul 2012-ci il təvəllüdlü X8, 25 yanvar 2015-ci il təvəllüdlü X10 və 11 noyabr 2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişlər. Məhkəmə hər bir uşağa 108 manat aliment qət etməklə uşaqlar onun himayəsində saxlanılmışdır. Qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti cavabdeh belə həmin vaxtdan bəri fasilələrlə ödəyir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatların ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izah etdi ki, iddia ərizəsinə əsasən iddiaçı 29 iyul 2012-ci il təvəllüdlü X8, 25 yanvar 2015-ci il təvəllüdlü X10 və 11 noyabr 2018-ci il təvəllüdlü X7 üçün aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləği ondan alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-281/20 saylı mülkü iş üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən aliment məbləği onun əmək haqqısının 1/2 hissəsi, yəni yarısı tutularaq aliment kimi verilməsi müəyyən olunmuşdur. O özü hərbçidir, 44 günlük vətən müharibəsində iştirak etmiş və müxtəlif bədən xəsarətləri almışdır, halhazırda 650 manat əmək haqqı alır. Maliyyə Nazirliyinin göstərişinə əsasən torpaqlar işğaldan azad olunduqdan sonra döyüş tapşırığı yerinə yetirilmədiyindən hərbi qulluqçuların əmək haqqları 2 qatdan 1 qata endirilmişdir. Torpaqlar işğaldan azad olunmamışdan öncə o, 1300 manat əmək haqqı alırdı və əmək haqqının yarısı alimentə ödənilirdi. Bundan başqa, o, ikinci dəfə ailə həyatı qurmuşdur, nigah kağızı olmasa da, yoldaşı hamilədir, hal-hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır, kreditləri var. Bildirir ki, iddiaçı L.M.Albuoşva onun atası X4 evində, yəni Bayıl qəsəbəsi, Xanlar küçəsi 41, mənzil 26-da yaşayır. Bundan başqa, məhkumluğu ilə bağlı cərimə də ödəyir, gündəlik tələbat mallarının alınmasında əmiləri köməklik göstərir, eyni zamanda qeyd etmək istəyir ki, övladlarını dəfələrlə görmək istəmiş, lakin aralarında sözlü mübahisələr baş vermiş, hətta vətəndaş X11 ona əl-qol hərəkətləri ilə müqavimət göstərmiş və bu barədə Səbail rayonu 8ci polis bölməsində araşdırma aparılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Təqdim olunmuş Səbail rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(009)-281/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında 11 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 580 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 29 iyul 2012-ci il təvəllüdlü X8, 25 yanvar 2015-ci il təvəllüdlü X10 və 11 noyabr 2017-ci il təvəllüdlü X7 anası X2 yanında saxlanılmış, Cavabdeh, 14 noyabr 2019-cu il tarixdən başlayaraq, 29 iyul 2012ci il təvəllüdlü X3, 25 yanvar 2015-ci il təvəllüdlü X5 və 11 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq iddiaçı X14 qızına ödənilməsi qət edilmişdir. Təqdim olunmuş AR MN N saylı hərbi hissənin 17.05.2021-ci il tarixli, 1520 saylı arayışından görünür ki, ədliyyə kapitanı Cavabdeh hərbi hissədə hüquqşünas vəzifəsində xidmət edir, onun aylıq maaşı 650 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsində əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 29.07.2012-ci il təvəllüdlü X8, 25.01.2015-ci il təvəllüdlü X10 və 11.11.2017-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(009)-281/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Məhkəmə iddiaçının cavabdehdən hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, cavabdehin qazancının 1/2 hissəsi miqdarında alimentin tutulması uşaqların saxlanması üçün artan tələbatı ödəmədiyindən, eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 01.01.2020-ci il tarixli Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyindən, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/2 hissəsi miqdarında və hər ay hər uşaq üçün 12,0 manat sabit pul məbləğində alimentin tutulması onun maddi və sosial vəziyyəti baxımından da ədalətlidir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-281/2020 saylı, 13.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 29.07.2012-ci il təvəllüdlü X3, 25.01.2015-ci il təvəllüdlü X5 və 11.11.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında və hər ay hər uşaq üçün 12,0 (on iki) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1498/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1498/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver