Məhkəmə qərarları › İş №2(009)-1638/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1638/2024

24.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1638/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına qarşı əmrlərin ləğvi, işə bərpa məcburi iş buraxmaya görə əmək haqqının orta aylıq əmək haqqı həcmində ödənilməsi, həmkarlar ittifaqına üzvlükdən azad edilməsi tələblərinə dair iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına qarşı əmrlərin ləğvi, işə bərpa məcburi iş buraxmaya görə əmək haqqının orta aylıq əmək haqqı həcmində ödənilməsi, həmkarlar ittifaqına üzvlükdən azad edilməsi tələblərinəbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehlərin hər birinə qarşı tələb irəli sürmüşdür. 1-ci tələbi – Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixli, 246/k saylı, xx.xx.2024-cü il tarixli, 478/k saylı əmrlərinin ləğvi, işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının orta aylıq əmək haqqı həcmində ödənilməsini, faktiki iş saatlarının tabeldə, aylar üzrə hesablanmış yekun haqq-hesab cədvəlində düzgün əks olunmasını, işlədiyi bütün dövr ərzində iş saatlarının mənimsənilməsinin məhkəmə tərəfindən tanınması, 2-ci tələbi isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hərəkətsizliyinin məhkəmə tərəfindən tanınması, həmkarlar ittifaqına üzvlükdən azad edilməsinə dairdir. Mülki prosessual qanunvericilik iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərinin iddia ərizəsində birləşdirmək hüququnu nəzərdə tutur. Belə ki, AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hakim eyni zamanda qeyd edir ki, iddiaçının qeyd edilən hüququnun həyata keçirilməsi üçün zəruri şərt ondan ibarətdir ki, həmin iddia tələbləri arasında bağlılıq olsun. İddia ərizəsində göstərilən iddia tələbləri arasında əlaqə olmadıqda iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən iki cavabdehə qarşı qaldırılan müxtəlif tələblər arasında hər hansı bağlılıq yoxdur. Cavabdehlərin hüquqi ünvanları fərqlidir, iddia ərizəsində göstərilən tələblər arasında heç bir əlaqə yoxdur. Beləliklə hakim hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim izah edir ki, iddiaçı cavabdeh qismində göstərdiyi şəxslərə qarşı ayrıca şəkildə tələb irəli sürməklə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına qarşı əmrlərin ləğvi, işə bərpa məcburi iş buraxmaya görə əmək haqqının orta aylıq əmək haqqı həcmində ödənilməsi, həmkarlar ittifaqına üzvlükdən azad edilməsi tələblərinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar