Məhkəmə qərarları › İş №2(009)-1665/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1665/2021

27.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1665/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh2 ASC və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması və sökülmüş hasarın bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh2 ASC və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0.06 ha 1374 saylı torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən sökülmüş daş hasarın cavabdehin hesabına tikilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ona məxsus olan torpaq sahəsindən istifadə edə bilmədiyi üçün cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi Bakı İcra Hakimiyyəti tərəfindən ona su anbarları üçün ayrılmış torpaq sahəsinə düşmür və ona görə də, Cavabdeh2 ASC hazırki iş üzrə cavabdeh ola bilməz və bununla əlaqədar onlar tərəfindən iddiaçıya hər hansı maneçilik törədilməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi izahat verərək bildirdi ki, hazırki iş üzrə o da cavabdeh ola bilməz və onlar tərəfindən də iddiaçıya hər hansı maneçilik törədilməsindən söhbət gedə bilməz. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini geri götürdüyünü bildirdi və iddia ərizəsinin baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh2 ASC və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması və sökülmüş hasarın bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar