Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1668/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» QSC-nin sədri Cavabdeh2 işə cəlb edilməklə cavabdeh «xxxx» QSC-ə qarşı işə bərpa və işə çıxmamaqla əlaqədar, çarəsizlikdən məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə edilməyən məzuniyyət haqqının verilməsi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» QSC-nin sədri Cavabdeh2 işə cəlb edilməklə cavabdeh «xxxx» QSC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» QSC-nin sədri Cavabdeh2 onun işdən çıxarılmağı barədə 01 oktyabr 2020-ci il tarixli əmrinin ləğv edib, onun işə bərpa olunması, sədr Cavabdeh2 ona qarşı qərəzli hərəkətlərinə son qoyulması, məcburi iş buraxma müddəti-01.10.2020-ci il tarixindən 2021-ci ilin hal-hazırki ayına kimi tam əmək haqqı hesablanaraq, 01.10.2020-ci il tarixindən 2021-ci ilin hal-hazırki ayı üçün hər gecikdirilmiş gün üçün bir faiz hesabı ilə hesablanmaqla, əmək fəaliyyətsin qaldığına görə təyin olunmuş müavinətin və bütün bu müddət ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablanaraq və işəgötürən tərəfindən ona vurulmuş mənəvi ziyanın məbləği kimi-4000 manat məbləğin cavabdeh və üçüncü şəxsdən tutulub ona ödənilməklə, həmin cəmiyyətdə əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, 150.0.5-ci maddəsinə görə isə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı tərəfindən qanunun bu tələbinə əməl edilməmiş, iddia ərizəsinə ərizənin və əlavə olunan sənədlərin surətləri və eləcə də əmrin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə isə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» QSC-nin sədri Cavabdeh2 işə cəlb edilməklə cavabdeh «xxxx» QSC-ə qarşı işə bərpa və işə çıxmamaqla əlaqədar, çarəsizlikdən məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə edilməyən məzuniyyət haqqının verilməsi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1668/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1668/2021
03.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver