Məhkəmə qərarları › İş №2(009)-1698/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1698/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1698/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bank arasında bağlanmış 08.08.2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.1-ci maddəsiən əsasən idida ərizəsində ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində tələbin yönəldiyi cavabdeh(lər) göstərilməmişdir. Yəni iddia ərizəsində tələb hər hansı cavabdehə(lərə) qarşı yönəldilməmişdir. Eyni zamanda iddia ərizəsində ona əlavə olunmuş sənədlərin siyahısı göstərilməmişdir. Hakim hesab edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmununa uyğun olmadığı üçün, onun məhkəmə icraatı mümkün deyil. Hakim həmçinin qeyd edir ki, hüquqi şəxsə qarşı iddia iddia onun olduğu yer üzrə verilir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun olmadığından verildiyi üçün iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə ididaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar