Məhkəmə qərarları › İş №2(009)-1926/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1926/2021

06.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1926/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X4, ərizəçi Ərizəçi, maraqlı şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 19.03.1979-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından 19.03.1979-cu il təvəllüdlü oğlu X8 doğulmuşdur. O, oğlu Azadla birlikdə ünvan 1 ünvanında yaşayır. Oğlu Azad 4-cü mərtəbədən yıxılaraq xəsarət almışdır. Uzun müddət X2 müalicə almışdır. Lakin müalicədən sonra Bakıya qayıtmış və yenidən xəstəliyi yaranmışdır. Tibbi sənədlərdən də görünür ki, oğlunun sağlamlıq imkanları məhduddur. X11 həkim komissiyası tərəfindən “Şizofreniya sadə tip, emosional iradi qüsur ilə” diaqnoz qoyulmuşdur. Tam əmək qabiliyyətsizdir, daimi kənar şəxsin köməyinə ehtiyacı vardır. Ona görə də, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və maraqlı şəxsi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29.06.2021ci il tarixli arayışından görünür ki, X9, 19.03.1979-cu il təvəllüdlü, şizofreniya sadə tip, emosional iradi qüsur ilə diaqnozu, daimi kənar şəxslərin qulluğuna ehtiyacı vardır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 08.09.2021-ci il tarixli, 2081 saylı rəyindən görünür ki, X6 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, ərizəçi X7 övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını, eləcə də İ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X5 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın 08.09.2021-ci il tarixli, 2081 saylı rəyində X5 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X8 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 19 mart 1979-cu il təvəllüdlü X14 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 19 mart 1979-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar