Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2012/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi S.A.Şərifzadənin iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qızı X17 xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Musayev Şirxan Mövlan oğlu ilə 2011-ci ilin sentyabr ayının 8-də el adəti ilə toy edərək ailə qurmuşdur. Nikahları rəsmiləşdirilməmişdir. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X20 anadan olmuşdur. 2014-cü ildə qızı X17 ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Sonradan onlara məlum olmuşdur ki, onlar Türkiyə adı ilə Suriyaya gediblər və orada dini qruplara qatılıblar. Suriyada bir övladları xx.xx.2014-cü il təvəllüdlü X22 və daha sonra İraqda bir övladı xx.xx.2016cı il təvəllüdlü X7 anadan olmuşdur. 2017-ci ildə qızı X10 əri Musayev Şirxan Mövlan oğlu döyüş əməliyyatlarında ölmüş, qızı Sahibə isə əsir düşərək İraq Respublikasında həbsxanaya salınmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi və Azərbaycanın İraqdakı Səfirliyinin ölkəyə qayıtma şəhadətnaməsi əsasında qızı Sahibənin övladları xx.xx.2012-ci il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X7 Azərbaycan Respublikasına gətirilmişlər və ona təhvil verilmişlər. Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 37 saylı Sərəncamı ilə o, nəvələri - xx.xx.2012-ci il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. Hal-hazırda nəvələrinin doğum haqqında şəhadətnamələri yoxdur, buna görə də o, hazırda yaşadığı yer üzrə Maraqlı şəxsnə müraciət edərək nəvələrinə doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubla ərizəsinə imtina məktubu vermişdir və doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini bildirmişdir. Hesab edir ki, nəvələri xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X2 doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hal-hazırda o, körpə nəvələrilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən ona məxsus evdə yaşayır. Nəvələr xəstədirlər və halhazırda Bakı şəhərində müalicə olunurlar. Göstərilənləri nəzərə alaraq ərizəçi qəyyumluğu altında olan nəvələri X11 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulması, X14 xx.xx.2014-cü il tarixdə Suriya Respublikasında doğulması və X3 xx.xx.2016-cı il tarixdə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi, doğum qeydiinin ata qrafasında Musayev Şirxan Mövlan oğlu, ana qrafasında isə X17 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X18 öz izahatında göstərmişdir ki, mübahisəni qanunvericiliyin tələblərinə müvafiq həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikasına yenidən giriş etmək barədə şəhadətnamələrin kserosurətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 Respublikasında, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuşlar. İş üzrə Goranboy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Ərizəçi nəvələri 2012-ci il təvəllüdlü X11, 2014-cü il təvəllüdlü X14 və 2016-ci il təvəllüdlü Abdulrazzaq Şirxan oğlunun saxlanılmaları, tərbiyə olunmaları, habelə hüquq və vəzifələrinin qorunması məqsədilə üzərlərində qəyyum təyin edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, ona nəvələri xx.xx.2012-ci ildə anadan olmuş X12, xx.xx.2014-cü ildə anadan olmuş X14, xx.xx.2016-cı ildə anadan olmuş X3 doğumu təsdiq edən şəhadətnamələr olmadığından imtina edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfinədn məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X11, xx.xx.2014-cü ildə anadan olmuş X14, xx.xx.2016-cı ildə anadan olmuş X3 arxiv məlumatları 2009-cu ildən xx.xx.2020-ci ilədək “X9” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X9 üzrə yoxlama aparılmış və X14, X11 və X5 doğumu haqqında akt qeydləri aşkar edilməmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Resbublıkası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «X9nın dövlət qeydiyyatı» Qaydasının 2.1, 21.2, 2.3 maddələrinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə VVAQ orqanı, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. doğum haqqında yazılı və şifahi məlumatlar valideynlər və onlardan biri tərəfindən verilir.,valideynlər xəstə olduqda , öldükdə və başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular,uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1.valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi;2.5.3 doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd ;2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd ; 2.5.6. uşaq , ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;2.5.7 valideynlərdən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-ci maddəsinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2011-ci ildə ərizəçinin qızı X17 2011-ci ildə Musayev Şirxan Mövlan oğlu ilə elə adəti ilə toy edərək ailə qurmuşlar, lakin nikahları rəsmiləşdirilməmişlər. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X20 anadan olmuşdur. 2014-cü ildə ərizəçinin qızı ailəsi ilə birlikdə Suriya Respublikasına, ondan sonra isə İraqa getmişlər. Suriyada onların xx.xx.2014-cü təvəllüdlü X22, İraqda isə xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, uşaqların atası döyüş əməliyyatlarında ölmüş, anası ilə İraq Respublikasının Bağdad şəhərində əsirlikdədir. Onların azyaşlı uşaqları dövlət xətti ilə Azərbaycan Respublikasına gətirilmiş və nənəsi Ərizəçi təhvil verilmişlər. Goranboy rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə ərizəçi azyaşlı uşaqların qəyyumu təyin edilmişdir. Uşaqların doğum haqqında şəhadətnaməsi yoxdur. Ərizəçi nəvələrinə doğum haqqında şəhadətnamələr alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı şəxsin doğumunu təsdiq edən həkim arayışı olmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Eyni zamanda məhkəmə sorğusuna əsasən verilmiş cavabdan belə məlum olur ki, həmin uşaqların “X9” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydlərinin icra olunması aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin nəvələrinin, yəni Ayşə adlı uşağın xx.xx.2012-ci ildə Bakı şəhərində, Nur adlı uşağın 21.1.2014-cü ildə Suriaya Respublikasında və Abdulrazzaq adlı uşağın xx.xx.2016-cı ildə İraq Respublikasında anadan olması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizənin qəyyumuluğunda olan uşaqların tibb müəssisəsindən kənarda doğulması faktı təsdiq olunduğundan ərizə təmin edilməli və X11 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində, X14 xx.xx.2014-cü il tarixdə Suriya Respulikasında və X3 xx.xx.2016-cı il tarixdə İraq Respublikasında doğulmaları faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. X11 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində, X14 xx.xx.2014-cü il tarixdə Suriya Respulikasında və X3 xx.xx.2016-cı il tarixdə İraq Respublikasında doğulmaları faktı müəyyən edilsin. X11 doğum haqqında akt qeydləri kitabında soyadı – Səlimova, adı – Ayşə, atasının adı – Şirxan, doğum tarixi – xx xxxx 2012-ci il, doğulduğu yer – Bakı şəhəri, ata qrafasında – Musayev Şirxan Mövlan oğlu, ana qrafasında – X6 məlumatlar göstərilsin. X14 doğum haqqında akt qeydləri kitabında soyadı – Səlimova, adı – Nur, atasının adı – Şirxan, doğum tarixi – xx xxxxxx 2014-cü il, doğulduğu yer – Suriya Respublikası, ata qrafasında – Musayev Şirxan Mövlan oğlu, ana qrafasında – X6 məlumatlar göstərilsin. X3 doğum haqqında akt qeydləri kitabında soyadı – Səlimov, adı – Abdulrazzaq, atasının adı – Şirxan, doğum tarixi – xx xxxxxxx 2016-cı il, doğulduğu yer – İraq Respublikası, ata qrafasında – Musayev Şirxan Mövlan oğlu, ana qrafasında – X6 məlumatlar göstərilsin. Qətnamə Bakı şəhər Maraqlı şəxs tərəfindən X11, X14 və X3 adına müvafiq məlumatlar üzrə doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2012/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2012/2020
15.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver