Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2033/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi Tomayev Deputat Süleyman oğlunun katibliyi İddiaçı və icra məmuru Yaqub Məmmədovun iştirakları ilə İddiaçı tərəfindən Cavabdeh icra məmuru Yaqub Məmmədovun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarından verilmiş şikayətə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh icra məmuru Yaqub Məmmədovun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizəçiyə dair heç bir öhdəlik qoyulmamışdır.Bu səbəbdən ərizəçi hesab edir ki, icra məmurunun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı qanunsuzdur. Ərizəçi Səbail rayon Səbail rayonu İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş icra məmuru tələbi qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə Cavabdeh icra məmuru Yaqub Məmmədovun xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1227/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya təklif edilmişdir ki, icra sənədinin icrasını təmin etsin. Bu barədə borcluya tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. Məhkəmə verilimiş şikayətlə bağlı aşağıdakıları qeyd edir. «İcra haqqında» AR Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci madəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, icra sənədi üzrə icra məmurunun icraatına daxil olan gündən 3 gün ərzində icraata başlamaq haqqında qərar qəbul ediməlidir. İcraata başlamaq haqqında Qərardan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22(009)-1227/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, icra məmuru icraata başlamaq haqqında Qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada qəbul etmişdir. Habelə iş materiallarında icra üzrə icraatın dayandırılmasına yaxud icraata başlamaq haqqında qərarın ləğvinə səbəb ola biləcək heç bir əsaslı dəlil yoxdur. Belə olan halda məhkəmə qeyd edir ki, icra məmuru icra sənədi onun icraatına daxil olandan sonra qanunla nəzərdə tutulmuş müddətdə və qaydada “İcra haqqında” AR Qanununun tələblərinə əsasən icraata başlamaq haqqında qərar qəbul etdiyindən, icra məmurunun hərəkətlərində hər hansı qanunsuzluq yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin qərarın ləğv edilməsi ilə bağlı ərizəçinin dəlilləri tam əsassızdır. Şərh olunanlara əsasən və AR MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh icra məmuru Səbuhi Əhmədovun Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22(009)-1227/2019 saylı xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM LKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2033/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2033/2020
07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver