Məhkəmə qərarları › İş №2(009)-2079/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2079/2021

22.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2079/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, ərizəçi Ərizəçi və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində 22 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29.11.1941-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ərizəçinin həyat yoldaşıdır. O, 2019-cu ildə beyin infarktı keçirmişdir. Bunun nəticəsində hər iki ayaqları tutulduğundan hərəkət edə bilmir, nitqi tutulduğundan nə istədiyini başa düşmək olmur, yaddaşı pozulduğuna görə imza edə və yaza bilmir. Odur ki, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizəni müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azər. Resp. MPM-nın 185.5ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 18578364 nömrəli şəxsiyyə vəsiqəsinin surətindən görünür ki, X3 29.11.1941-ci il təvəllüdlüdür. AЗ № 030775 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 26 dekabr 1965-ci il tarixdə nikaha daxil olmuşlar. “Mediland Hospital” tərəfindən verilmiş xəstəlik kağızında qeyd olunmuşdur ki, 29.11.1941-ci il təvəllüdlü X2 baş beynin və beyinciyin atrofik dəyişiklikləri, baş beynin hər iki yarımkürəsində çox saylı xroniki işemik ocaqlar-serebral vaskulopatiya, baş beynin sağ yarımkürənin, gicgah payında, postsentral, inferior frontal və superior temporal qırışları proyeksiyasında kortikosubkortial izlənilən parenximin kəskin işemik infarkt sahəsi müşahidə olunur. Səbail Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə 29.11.1941-ci il təvəllüdlü X1 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 15.09.2021-ci il tarixli 2162 saylı rəyində qeyd edilir ki, 29.11.1941-ci il təvəllüdlü X2 Baş beynin Atrofik Dəyişiklikləri nəticəsində yaranan Demensiya (Ağıl zəifliyi) müəyyən edilir. 29.11.1941-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 29.11.1941-ci il təvəllüdlü X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası MPM-nın 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar 29.11.1941-ci il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, 29.11.1941-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin edilməsi qəyyumçuluq və himayəçilik orqanına həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 29.11.1941-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. 29.11.1941-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar