Məhkəmə qərarları › İş №2(009)-2171/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2171/2020

02.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2171/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyinə (Azərtac) qarşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyinə (Azərtac) qarşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) xx xxxxxxxx 2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi, onun həmin vəzifəyə bərpa olunması və işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 30 olmaqla Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Qeyd edilənləri və cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) hüquqi ünvanının Bakı şəhəri Nəsimi rayonunun ərazisinə aid olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı mülki iş (baxılması üçün) ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanının olduğu yerə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44-45, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyinə (Azərtac) qarşı “işə bərpa və məcburi çıxarılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair 2(009)- 2171/2020 saylı mülki iş (baxılması üçün) aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar