Məhkəmə qərarları › İş №2(009)-2436/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2436/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2436/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh 16.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1849 manat kredit götürmüşdür. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli 004 No-li müqaviləyə 20.02.2019-cu il tarixli hüquqların ötürülməsi barədə 496 No-li sazişə əsasən Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-ci il tarixədək Cavabdeh banka 16.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 187,21 manat əsas borc, 49,19 manat faiz borcu, 101,84 manat cərimə borcu, kredit müqaviləsi üzrə 16.02.2021-ci il tarixdən 27.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 7,65 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 345,89 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 187,21 manat əsas borcun, 49,19 manat faiz borcun və 101,84 manat cərimə borcu və kredit müqaviləsi üzrə 16.02.2021-ci il tarixdən 27.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 7,65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 345,89 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Hüquq sahibi» qismində "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə «Bank» qismində "xxxx" İKB ASC arasında bağlanılmış 10.05.2018-ci il tarixli, 0004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, razılaşdırılmış müqavilələrə əsasən Borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq sahibi güzəşt edir, Hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul etmişdir. İş üzrə «Kreditor» qismində "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış 16 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 35%-lə 1849 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" BOKT MMC ilə "xxxx" İKB ASC arasında bağlanılmış 20.02.2019-cu il tarixli, 496 saylı hüquqların ötürülməsi barədə sazişinə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 16.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 27.08.2021-ci il tarixə 187,21 manat əsas, 49,19 manat faiz, 101,84 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 7,65 manat borc, cəmi 345,89 manat borcu təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" BOKT ilə Cavabdeh arasında 16.02.2019-cu il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən "xxxx" BOKT MMC tərəfindən cavabdehə 24 ay müddətinə, illik 35%-lə 1849 manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 №-li 10.05.2018-ci il tarixli müqaviləyə əsasən 20.02.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişi ilə Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 187,21 manat əsas, 49,19 manat faiz, 101,84 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 7,65 manat məbləğində əldən çıxmış fayda, cəmi 345,89 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% illik faiz dərəcəsi olmaqla 7,65 manat məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 7,65 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 187,21 manat əsas borc, 49,19 manat faiz, 101,84 manat cərimə və gecikdirilmiş vaxt üçün 7,65 manat manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 20 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 27.08.2021-ci il tarixə yaranmış 187,21 manat əsas borc, 49,19 manat faiz borcu, 101,84 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 7,65 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 365,89 (üç yüz altmış beş manat səksən doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar