Məhkəmə qərarları › İş №2(009)-246/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-246/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-246/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı auditin keçirilməsinə şəraitin yaradılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı auditin keçirilməsinə şəraitin yaradılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə yazılı vəsatət daxil olmuşdur. Vəkil1 həmin vəsatətdə göstərmişdir ki, iddianın təmini tədbiri barədə məhkəmənin qəbul etdiyi qərardaddan verilmiş şikayət sasında işə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən həmin şikayət əsasında xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmiş və həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhəməsi ilk öncə məhkəmə aidiyyətini müəyyənləşdirməli və yalnız işə baxan məhkəmənin hazırki işə baxmağa səlahiyyəti olduğu müəyyən edildikdən sonra iddianın təmini tədbiri barədə ərizə müzakirə olunmalıdır. Bu səbəbdən Səbail rayon Məhkəməsinin iddianı təmini tədbiri barədə qərardadı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadını nəzərə alaraq onlar tərəfindən aidiyyəti üzrə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir və qeyd edilən E- 2-2(113)-1756/2021 saylı iş hazırda Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılmaqdadır. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, sənədlər iddiaçıya geri qaytarmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0.11, 260.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı auditin keçirilməsinə şəraitin yaradılması tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar